Çörək məhsulları üçün yeni standart hazırlanır
Tarix: 12.06.2013 | Saat: 22:16:00 | E-mail | Çapa göndər


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Çörək Məhsullarının Standartlaşdırılması üzrə Texniki Komitə yaradılıb. Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin şöbə müdiri Məsim Babayev bildirib.
M.Babayev deyib ki, Texniki Komitədə çörəyin yeni standartının işlənməsi, hazırlanması işləri gedir: “Texniki Komitəyə çörək istehlakçıları ilə yanaşı, QHT-lər və müvafiq qurumların nümayəndələri dəvət olunub. Texniki Komitədə çörəyin məcburi surətdə qablaşdırılması barədə müzakirə aparılır. Çünki çörək açıq şəkildə satılan zaman texniki çirklənməyə məruz qalır. Bunun qarşısının alınması üçün mütləq çörəyin kağız paketlərdə məcburi qablaşdırılması təklif olunur. Bu təklif Dövlət Komitəsinə təqdim olunacaq. Yəqin ki, çörəklə bağlı yeni standartda çörəyin məcburi qablaşdırılması nəzərdə tutulacaq”. Məsim Babayev qeyd edib ki, hazırda ərzaq məhsullarının istehsalı sahəsindəki fəaliyyət lisenziyaşdırılmır. Lakin gələcəkdə çörək istehsalı ilə bağlı sahibkarlıq fəaliyyəti lisenziyalaşdırıla bilər. M.Babayev qeyd edib ki, bununla bağlı dövlət komitəsi artıq hökumətə müraciət edib. Şöbə müdiri onu da qeyd edib ki, Azərbaycanda Almaniya istehsalı olan «Humana» məhsulları üzrə aparılan yoxlamalar zamanı müxtəlif adlarda çaylar sertifikatlaşdırılmadığı üçün həmin məhsulların ölkə bazarında satışına qadağa qoyulub. M.Babayev həmin çayların sertifikatlaşdırılması ilə bağlı sonradan «Humana» şirkəti tərəfindən dövlət komitəsinə müraciət olunduğunu söyləyib: “Aparılan laborator analizlər nəticəsində melisa və alma qoxulu çaylarda maye göbələkləri normadan artıq olub. Raziyana və cirə çaylarında isə kif və maye göbələkləri normadan artıq olduğu üçün həmin məhsullar sertifikatlaşdırılmayıb. Bu çayların ölkəyə idxalı və satışı qadağan olunub. «Humana» şirkəti tərəfindən də həmin çayların istehlak bazarından yığılması barədə müvafiq göstəriş verilib”. M.Babayev istisna etməyib ki, bu məhsulların tərkibində kif və maye göbələklərinin normadan artıq olması həmin məhsulların daşınması və saxlanılması ilə bağlıdır.
GÜNAY




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı avtomatlaşdırılacaq
23.01.2019
Gəncləri işə götürən sahibkarlara güzəştlər tətbiq ediləcək
23.01.2019
2019-cu il üçün əlillərlə bağlı proqram təsdiq edilib
23.01.2019
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
23.01.2019
AtaBank-ın əmək haqqı kart sahiblərinə şad xəbər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Əli Abdalov Mehman Hüseynovla barışıb
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info