Milli Qurtuluş Günü Azərbaycan tarixinin qürur səhifəsidir
Tarix: 12.06.2013 | Saat: 22:26:00 | E-mail | Çapa göndər



Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatında tədbir keçirilib


Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının Gənclər Birliyi 15 iyun Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirib. Tədbirdə giriş sözü ilə çıxış edən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirdi ki, müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Qeyd etdi ki, müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasına yaxınlaşan Azərbaycan, hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşıb. A.Hüseynov 1991-ci ildə müstəqillik əldə etdikdən sonra hakimiyyət postuna yiyələnən, amma tamamilə xarici dairələrdən asılı olan ozamankı Azərbaycan rəhbərliyi müstəqillik ideyalarını qəbul etmək, mənimsəmək iqtidarında deyildi. Sadəcə, SSRİ-nin dağılması ərəfəsində formalaşmış təbii geosiyasi şərait, hətta imperiyanın mərkəzində dayanan Rusiyanın belə öz müstəqilliyini elan etməsi, həmçinin, xalqların azadlıq mücadiləsi Azərbaycanın da müstəqilliyinin əldə edilməsini şərtləndirdi. "Məhz Azərbaycanın ozamankı iqtidarının müstəqillik ideyalarına nə qədər etinasız yanaşmasının bariz nəticəsi idi ki, onlar ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində konkret olaraq heç bir strateji addım atmadılar. Eyni zamanda, sonrakı hadisələr də göstərdi ki, ozamankı rəhbərlik təbii geosiyasi situasiyanın fonunda əldə edilmiş müstəqilliyin qorunub saxlanılması kimi milli vəzifəni yerinə yetirmək iqtidarında deyil. Beləliklə, müstəqilliyin ilk illərində ölkəyə “rəhbərlik” edən qüvvələrin totalitar təfəkkürlə hərəkət etmələri ölkəni fərqli korporativ maraqlara malik olan güclərin siyasi mübarizə meydanına və ideoloji qarşıdurma poliqonuna çevirdi. Bu şəraitdən istifadə edən təcavüzkar Ermənistan isə həmin dövrdə strateji baxımdan ən əlverişli ərazilərimizi işğal etdi. Bundan sonra Ermənistanın təcavüzü davam edir və xarici dövlətlər beynəlxalq münasibətlər sistemində Azərbaycanı müstəqil subyekt kimi qəbul etmirdilər. Qısacası, daxili və xarici siyasətin səmərəsizliyi Azərbaycanı bir dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi ilə qarşı-qarşıya qoymuşdu. Hakimiyyət strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirən ozamankı Azərbaycan iqtidarı 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Problemlər məngənəsində sıxılan Azərbaycan dövləti növbəti dəfə parçalanmaq qorxusu altında idi. Artıq ölkənin bir sıra ərazilərində - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda qanunsuz silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər" deyən YAP Siyasi Şurasının üzvü bildirdi ki, belə çətin bir məqamda Azərbaycan hakimiyyəti vəziyyətin daha da kritikləşməsinə yol açan məntiqsiz qərarlar verməkdə davam edir, silahlı birləşmələri demək olar ki, zorla vətəndaş qarşıdurmasına sürükləyirdi. A.Hüseynov söylədi ki, məhz həmin ərəfədə güclü siyasi liderin nüfuzuna söykənən mütəşəkkil siyasi qüvvələr lazım idi ki, Azərbaycanı düşdüyü mürəkkəb durumdan xilas etsin. Bildirdi ki, bu lider zəngin dövlətçilik təcrübəsinə və rasional təfəkkürə malik olan ulu öndər Heydər Əliyev idi. "Tariximizə “Milli Qurtuluş Günü” kimi daxil olan 15 iyun 1993-cü il tarixi - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Ölkənin mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında istinad etdiyi rasional seçim strategiyası və bunun fonunda atdığı zəruri strateji addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin mərhələli şəkildə neytrallaşdırılmasına nail olundu. Beləliklə, ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Bunlarla yanaşı, həyata keçirilən rasional sistematik strategiyanın tərkib hissəsi kimi, 1994-cü ilin may ayının 12-də cəbhədə atəşkəsin əldə edilməsi dövlətçiliyin möhkəmləndirilməsi, eləcə də, nizami ordu quruculuğu ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addım oldu. Məhz bundan sonra sistematik surətdə siyasi-iqtisadi xarakterli institusional islahatlar həyata keçirilməyə başlandı ki, bunun sayəsində Azərbaycan tənəzzüldən tərəqqi yoluna çıxdı. Ümummilli liderin rəhbərliyi ilə həyata keçirilən milli inkişaf strategiyasının fonunda həyata keçirilən sistematik tədbirlər siyasi sistemin təşəkkül tapmasını, onun struktur elementlərinin mütəmadi surətdə təkmilləşməsini təmin etmiş oldu. Azərbaycan beynəlxalq münasibətlərin müstəqil subyektinə çevrildi. Bu gün ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dinamik inkişaf yolunda qətiyyətlə irəliləyir. Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın iradəsinə əsaslanır" deyə A.Hüseynov əlavə etdi. Təşkilat sədri bildirdi ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən milli inkişaf strategiyasının struktur komponenti kimi reallaşdırılan siyasi, iqtisadi, hüquqi islahatlar milli dövlətimizin gücü və potensialını artırmaqla yanaşı, perspektiv inkişafın fundamental əsaslarını formalaşdırıb. A.Hüseynov onu da vurğuladı ki, Milli Qurtuluşdan başlanan Azərbaycanın milli inkişaf strategiyası əldə olunan uğurlarla inkişafın milli modelini formalaşdırıb.
Ə.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin rəisi Ramin Quliyev çıxışında vurğuladı ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Qeyd etdi ki, vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. R.Quliyev qeyd etdi ki, bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanmış ulu öndər Heydər Əliyev idi.
YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin üzvü Aysel Qəribova çıxışında bildirdi ki, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra nail olduğu bütün uğurlar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. A.Qəribova qeyd etdi ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev zəngin dövlətçilik təcrübəsindən yararlanaraq uçuruma yuvarlanan, böhranlar içində çabalayan, gələcəyini heç kimin aydın təsəvvür etmədiyi bir ölkəni xilas etdi. Bildirdi ki, 1993-cü ildən sonra ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan dinamik inkişaf yoluna qədəm qoydu.
Digər iştirakçılar da sözügedən əlamətdar günlə bağlı öz fikirlərini bildirdilər.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info