Regionlarda yol mədəniyyəti inkişaf etdirilir
Tarix: 12.06.2013 | Saat: 22:28:00 | E-mail | Çapa göndər


Son illər yol təhlükəsizliyi sahəsində bir sıra problemlərin yaşanmasını müşahidə edirik. Belə ki, yol təhlükəsizliyinə əməl edilmədiyi üçün yüzlərlə insan avtomobil qəzalarında dünyasını dəyişir, bəziləri isə ehtiyatsızlıqdan digərlərinin sağlamlığına ağır zərər vuraraq, onların əlil qalmasına səbəb olurlar.
Təbii ki, bütün bunları yaradan səbəb sərnişin və sürücülərimizin məsuliyyəti ilə birbaşa bağlıdır.
Yol təhlükəsizliyinə ciddi əməl olunmasını təşviq etmək və vətəndaş məsuliyyətini artırmaq məqsədilə Gənclər üçün Təhsil Mərkəzi yeni layihənin-regionlarda yol mədəniyyətinin inkişafına etdirilməsinə dəstək layihəsinin icrasına başlayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılan layihə yaşından asılı olmayaraq, hər bir region sakininin yol mədəniyyətinin daha da inkişaf etdirilməsinə yönəlib. Layihə çərçivəsində insanların diqqətini bu məsələyə yönəltmək üçün görüşlərin, təlimlərin və sosial şəbəkələrdə maarifləndirici kampaniyaların keçirilməsi nəzərdə tutulur.
Iyunun 12-də Mingəçevir şəhərində layihənin növbəti görüş və təlim proqramı keçirilib. Tədbirdə gənclərin yol mədəniyyətinə həsr olunmuş səhnəcikləri də nümayiş etdirilib.
Mərkəzin mətbuat xidmətinin verdiyi məlumata görə, layihə BMT-nin 2011-2020-ci illər üzrə yol təhlükəsizliyi ilə bağlı qəbul etdiyi dekadaya töhfə vermək və hər kəsi bu işdə fəal olmağa çağırmaq missiyasını da daşıyır.
Layihənin növbəti günlərdə Azərbaycanın əsas magistral yolları üzərində yerləşən regionlarında davam etdirilməsi nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info