Türkiyədə Mübariz İbrahimov haqqında kitab nəşr edilib
Tarix: 14.06.2018 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Türkiyədə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan bəhs edən kitab çap olunub.
Mədəniyyət Nazirliyindən bildirilib ki, Milli Qəhrəmanın şərəfli həyat yolu şair-tərcüməçi Yurtseven Şenin müəllifi olduğu “Mübariz” adlı romanla türkiyəli oxuculara təqdim edilib. “Zengin Yayıncılık” nəşriyyatında çapdan çıxmış kitabın nəşrində məqsəd Mübariz İbrahimovun şücaətini qardaş ölkədə tanıtmaqdır.
“Mübariz” romanı Yurtseven Şenin Azərbaycan haqqında qələmə aldığı ikinci kitabdır. 2017-ci ildə 20 Yanvar faciəsinə həsr olunan “Ferize. Kanlı Yanvar” adlı kitab ərsəyə gətirilmişdi.
Y.Şen, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Zengin Yayıncılık” nəşriyyatı ilə birgə həyata keçirdiyi “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” layihəsi üzrə Türkiyədə çap olunan 10-dan artıq Azərbaycan klassik ədəbiyyatı nümunələrinin tərcüməçisidir.
Qeyd edək ki, iyunun 19-da Türkiyənin İğdır şəhərində “Mübariz” romanının təqdimat mərasimi və imza günü keçiriləcək. Həmçinin yaxın vaxtlarda Bakı şəhərində kitabın təqdimat mərasiminin təşkili planlaşdırılır.
Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info