Səbaildə Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri keçirilib
Tarix: 14.06.2018 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır – Bu Heydər Əliyevdir.
Ulu öndər Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışı Azərbaycan xalqı üçün həqiqi qurtuluş olub. Bu tarixi qayıdışın şərəfinə Azərbaycanda 1997-ci ildən etibarən Milli Qurtuluş Günü hər il olduğu kimi Səbail rayonunda geniş şəkildə qeyd olunub. Əlamətdar günlə əlaqədar Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin birgə təşkilatçılığı ilə Badamdar qəsəbəsində möhtəşəm bayram konserti təşkil olunub.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, rayonun huquq-mühafizə orqanlarının elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin, təsərrüfat və xidmət sahələri kollektivlərinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin və çoxsaylı KİV nümayəndələrinin və qəsəbə sakinlərinin iştirakı ilə Badamdar qəsəbəsindəki Heydər Əliyev parkında xalq musiqiləri, dünya və Azərbaycan bəstəkarlarının mahnılarından, şən melodiya və rəqslərdən ibarət böyük ədəbi-bədii bayram tədbiri keçirilib.
Tədbirdə qeyd olunub ki, düz 25 il əvvəl yenicə müstəqilliyini qazanmış respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə durduğu bir vaxtda ulu öndən Heydər Əliyevin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı və bununla da 15 İyun - tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bilib. Heydər Əliyevdən sonra isə bu siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev uğurla inkişaf etdirib, Azərbaycan daha da möhkəmlənib və qüdrətlənib. Çox böyük bir xöşbəxtlikdir ki, bu gün ölkəmizin başında ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev həqiqətən ən yeni tarixin parlaq şəxsiyyətidir.
Bayram tədbirində respublikanın xalq artistləri Brilyant Dadaşova, Mübariz Tağıyev, Bilal Əliyev, Gülyaz Məmmədova, əməkdar artist Təyyar Bayramov, populyar ifaçılar Ayaz Qasımov, Pərviz Abdullayev, Kənan Qədimov, Rəvanə Əmiraslanlının, Vaqif Müstafazadə adına “Sevil” vokal qrupunun, Cahangir Cahanğirov adına xorun, “Şirvan” folklor ansamblının ifalarında xalq mahnıları, tanınmış dünya və Azərbaycan bəstəkarlarının əsərləri səslənmiş, iştirakçılarının çıxışları sakinlərin alqışları ilə qarşılanmış, sakinlər konsert boyu parkın ərazisində rəqs ediblər. Bayram konsertinin sonunda əzəmətli atəşfəşanlıq keçirilib.


Nigar




 
Bölməyə aid digər xəbərlər
14.09.2019
Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
14.09.2019
Azərbaycan-Qazaxıstan dostluq parkının təməli qoyulub
14.09.2019
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları DOST Agentliyində olub
14.09.2019
DİN Tovuzda keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb
14.09.2019
Adam Draper ilə virtual reallıqda təlim təşkil olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info