Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə elmi sessiya keçirilib
Tarix: 12.06.2013 | Saat: 22:33:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Elçinin anadan olmasının 70 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.
Elmi sessiyada çıxış edən AMEA-nın vitse-prezidenti Isa Həbibbəyli Elçin Əfəndiyevin Azərbaycan ədəbiyyatı, ictimai-siyasi həyatındakı rolundan danışıb. O bildirib ki, bu gün Azərbaycanda Elçin Əfəndiyevin dramaturgiyasına əsasən teatr məktəbi yaradılıb: “Xalq yazıçısının əsərlərinin coğrafiyası fərqlidir. Yazıçının qəhrəmanları şəhərətrafı mühitin, daha çox Abşeron mühitini əhatə edən qəhrəmanlardır. Bu qəhrəmanların fərqliliyi ilə Elçin Əfəndiyev yaradıcılığındakı bənzərsizliklərlə daha da zənginləşdirib. Onun əsərləri müstəqil ədəbiyyatın inkişafına təkan verir”. İ.Həbibbəyli Elçin Əfəndiyevin ölkənin siyasi həyatındakı rolundan və xidmətlərindən də danışıb. Tədbirin ideya müəllifi Şirindil Alışanlı isə Azərbaycanın ictimai fikrində Elçinin böyük söz sahibi olduğunu deyib. Elçin Əfəndiyevin ədəbiyyata 60-cı illərdə gəldiyini deyən Ş.Alışanlı qeyd edib ki, 60-cı illər nəslinin nümayəndələri ədəbiyyata yeni nəfəslər, janrlar, qəhrəmanlar gətirib. Yubilyar Elçin Əfəndiyev də bildirib ki, Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən bu tədbirdə iştirak etmək xoşdur. Onun sözlərinə görə, həyatının gənclik dövrünün ilk 10 ili məhz bu institutla bağlıdır və burada aspirant, nəzəriyyə şöbəsində kiçik və böyük elmi işçi işləyib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info