Əfqanıstan tələbələr üçün təqaüd proqramı açılmasını xahiş edib
Tarix: 12.06.2013 | Saat: 22:36:00 | E-mail | Çapa göndər


“Azərbaycan və Əfqanıstan dost, qardaş ölkələrdir və əməkdaşlıq üçün bir çox sahələrdə imkanlarımız mövcuddur”.
Bu barədə Bakıda səfərdə olan Əfqanıstanın rabitə və texnologiya naziri Əmirzai Sangin keçirdiyi mətbuat konfransında bildirib. O, bildirib ki, Əfqanıstan Azərbaycanın İT şirkətlərinin öz informasiya-kommunikasiya texnologiyaları bazarında iştirakında maraqlıdır: "Ola bilsin ki, azərbaycanlı sahibkarlarda belə bir təəssürat yaranıb ki, müharibə vəziyyətinin hələ də qaldığı ölkədə biznesin qurulması qəbuledilməzdir. Biz bu gün işlərin real vəziyyəti barədə məlumat vermək üçün buradayıq". Onun sözlərinə görə, Əfqanıstan investorlara təqdim oluna biləcək böyük imkanlara malikdir. Əfqanıstanda proqram təminatının yaradılması, o cümlədən onun inteqrasiyası ilə məşğul olan yerli şirkətlər fəaliyyət göstərir. Nazirin sözlərinə görə, hazırda Əfqanıstan telekommunikasiya bazarında 5 mobil operator, 40 internet-servis-provayder və İKT bazarında fəaliyyət göstərən təxminən 100-ə yaxın kiçik müəssisə var. Həmçinin bazarda Türkiyə, İran, Hindistan, BƏƏ və digər ölkələrdən olan böyük şirkətlər fəaliyyət göstərir. Telekommunikasiya şirkətləri tərəfindən Əfqanıstan iqtisadiyyatına yatırılan sərmayələrin ümumi həcmi 2 milyard dollara çatır. Nazir bildirib: "Biz onlar arasında Azərbaycan şirkətlərini də görmək istəyirik. Xüsusilə, bizə elektron xəritə yaradıcısı olan "GoMap" şirkətinin təcrübəsi maraqlıdır. O, Əfqanıstanın lokal xəritəsinin yaradılmasında platforma kimi istifadə edilə bilər". Azərbaycan xarici işlər naziri ilə keçirilən görüşü haqda söz açan nazir vurğulayıb ki, iki ölkə arasında anlaşma memorandumunun imzalanması planlaşdırılır: “Yaxın zamanlarda diplomatik, siyasi şəxslər üçün viza sistemi ləğv olunacaq, eləcə də Azərbaycan və Əfqanıstan arasında birbaşa aviareysin açılması nəzərdə tutulub”. Nazir Azərbaycan XİN tərəfindən əfqan tələbələri üçün təqaüd proqramı açılmasını xahiş edib. Nazir xüsusilə qeyd edib ki, Əfqanıstan orbitə peyk buraxmaq üçün artıq tender elan edib və bu sahədə Azərbaycanın təcrübəsindən yararlanmağı planlaşdırır. Azərbaycan XİN təmsilçisi Əşrəf Şıxəliyev qeyd edib ki, Əfqanıstanda “E-hökumət”i yaratmaq məqsədilə Azərbaycan XİN-in Beynəlxalq İnkişaf Agentliyi tərəfindən Əfqanıstana 150 min ABŞ dolları ayrılıb.

GÜNAY




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info