Alman professor ADU-da jurnalistlərlə görüşüb
Tarix: 14.06.2018 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


Ziqlinde Hartman: “Azərbaycanın tarix və müasirliyi özündə birləşdirməsinə vurğunam”
İyunun 14-də Azərbaycan Dillər Universitetinin (ADU) Germanistika İnstitutunun fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib.Ölkənin bir sıra nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi görüşdə Germanistika İnstitutunun rəhbəri, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti, Almaniyanın Vürtsburq Universitetinin professoru Ziqlinde Hartman bir sıra vacib məqamlara toxunub.
Z.Hartman Azərbaycana gəldiyi ilk dönəmləri xatırlayaraq ölkənin tarix və müasirliyi özündə birləşdirməsinə vurğun olduğunu bildirib. Azərbaycan Dillər Universiteti ilə əməkdaşlığı haqqında danışan Z.Hartman ADU-nun rektoru, akademik Kamal Abdulla ilə birgə hər iki ölkənin ədəbiyyatı və mədəniyyəti üçün əhəmiyyətli layihələr həyata keçirdiklərini söyləyib.
Professor Z.Hartman alman mədəniyyətinin nadir incilərindən biri “Nibelunqlar haqqında nəğmə”nin “Kitabi-Dədə Qorqud” dastanı ilə müqayisəli şəkildə öyrənilməsi üzrə birgə layihələrdən və gələcək tədqiqat işlərindən danışıb. Bundan əlavə, o, hazırda üzərində işlədiyi bir çox layihələrdən bəhs edib.
Germanistika İnstitutunun fəaliyyəti və əsas prinsipləri haqqında danışan Z.Hartman gələcək perspektivlərdən də söz açıb. O, azərbaycanlı və alman tələbələrin mübadiləsinin həyata keçirilməsi istiqamətində atıla biləcək addımlara nəzər salıb.
Görüşün davamında professor Z.Hartman jurnalistləri maraqlandıran sualları cavablandırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info