Bakı “CANSO-2020“ ümumdünya sammitinə ev sahibliyi edəcək
Tarix: 14.06.2018 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Azərbaycanın paytaxtı 2020-ci ildə CANSO (Civil Air Navigation Services Organization) beynəlxalq aeronaviqasiya təminatı provayderləri təşkilatının "Global ATM Summit" ümumdünya sammitinə ev sahibliyi etmək üçün seçilib.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən bildiriblər ki, Bakının namizədliyi Banqkokda İcraiyyə Komitəsinin (FAA (ABŞ), Kanada, Almaniya, Çexiya, Argentinanın aeronaviqasiya sistemləri, Sinqapur, Tanzaniya, Böyük Britaniya və Səudiyyə Ərəbistanının mülki aviasiya administrasiyalarının rəhbərlərindən ibarətdir) iclasında yekdilliklə seçilib. Daha sonra CANSO-nun baş məclisi zamanı Bakının namizədliyinin lehinə 70-dən çox ölkə səs verib.
"Global ATM Summit" illik sammiti mülki aviasiya sahəsində ən mötəbər tədbirlərdən biridir. Sammitə dünyanın 100-dən çox ölkəsindən 250-dən artıq iştirakçı qatılır. Bu tədbir miqyasına görə tez-tez aviasiya sahəsində olimpiada ilə müqayisə edilir.
Azərbaycanın mülki aviasiya tarixində bu cür böyük və əhəmiyyətli sammit Bakıda ilk dəfə olaraq keçiriləcək. CANSO-nun böyük əhəmiyyətli beynəlxalq sammitin keçirilməsini Bakıya etibar etməsi qərarı Azərbaycan Prezidenti İlham Əliyevin mülki aviasiyaya göstərdiyi daimi diqqət və qayğısının, eyni zamanda, bu sahədə əldə olunan uğurların əyani göstəricisidir.
2020-ci il üçün tədbirin əsas mövzusu gələcəkdə hava axınlarının qlobal təşkilinin strateji istiqamətini müəyyənləşdirən yenidən baxılmış "CANSO: Fit for the Future of ATM" proqramının təsdiq edilməsi olacaq.
Son illərdə sammit Dublində (2014), Durbanda (2015), Vankuverdə (2016) və Kopenhagendə (2017) keçirilib. Bu il Banqkokda keçirilən sammit 2019-cu ildə Cenevrədə təşkil ediləcək.
CANSO, ümumilikdə dünya hava trafikinin 85 faizini əhatə edir və gələcək təhlükəsiz hava məkanı modelinin yaradılması məqsədilə aeronaviqasiya xidmətləri provayderlərini, bütün dünyanın aviasiya hakimiyyətlərinin tənzimləyici və icra orqanlarını, həmçinin aviasiya sənayesinin aparıcı istehsalçılarını özündə birləşdirir.
Bu gün CANSO-nun bütün dünyadan 164-dən çox üzvü var. Azərbaycan 2005-ci ildən təşkilatın üzvüdür.
"Azərbaycan Hava Yolları" QSC-nin struktur bölməsi olan "Azəraeronaviqasiya" (AZANS) Avropa və Asiyanı birləşdirən əsas hava hərəkəti idarəsidir. Hər il Azərbaycan Respublikasının ərazisi üzərindən 90 mindən çox tranzit uçuşlar yerinə yetirilir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, həmçinin ölkə ərazisində postsovet məkanında yeganə olan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) açılmasına imkan verib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı
23.08.2019
Bu il artıq 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
22.08.2019
500 nəfər əlilliyi olan şəxsə kiçik biznesini qurmaq imkanı yaradılır
21.08.2019
Bakıda yeni liftlərin quraşdırılması davam edir
20.08.2019
Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info