İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib
Tarix: 15.06.2018 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


Prezidentin fərman, sərəncam və digər tapşırıqları ilə İqtisadiyyat Nazirliyinə verilmiş bütün göstərişlərin tam, vaxtında, səmərəli və şərtsiz yerinə yetirilməsi məqsədilə nazirlik tərəfindən mütəmadi olaraq zəruri hüquqi-metodiki işlər və inzibati-təşkilati tədbirlər həyata keçirilir, tapşırıqların qüsursuz və yüksək səviyyədə icra edilməsi daim nəzarətdə saxlanılır.
Bu tədbirlərin davamı olaraq, İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətlərinə aid olan və ölkə üçün mühüm əhəmiyyət kəsb edən prioritet məsələlərin, xüsusilə dövlət başçısının fərman və sərəncamları ilə nəzərdə tutulmuş tapşırıqların icrasına sistemli yanaşmanın tətbiqi üçün görüləcək işlərin mütəmadi planlaşdırılması və icrasının daha da sürətləndirilməsi məqsədilə iqtisadiyyat nazirinin müvafiq əmri ilə İqtisadiyyat Nazirliyinin 2018-ci ilin II yarımilliyi üzrə prioritet icra intizamı planı təsdiq edilib. Müvafiq əmrə əsasən, dövlət başçısının fərman və sərəncamları ilə müəyyənləşdirilmiş vəzifələrin, həmçinin Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində müəyyən olunmuş aidiyyəti tapşırıqlar Nazirliyin müvafiq strukturlarının bu ilin ikinci yarımilliyi üçün iş planlarında da öz əksini tapıb və tapşırıqların icrası online rejimində nəzarətdə saxlanılacaqdır. Verilmiş tapşırıqların yerinə yetirilməsi və icrasına nəzarət istiqamətində müasir metod və üsulların tətbiqi işləri davam etdiriləcək.
Anar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Mətin Kərimli “Caspian Energy Forum Baku – 2018”də iştirak edib
24.09.2018
Mastercard-la “Hepsiburada”-dan endirim
24.09.2018
“Öz vətənimdə dünya çempionu oldum”
24.09.2018
Azərbaycanda dövlət-din münasibətləri bütün dünyaya örnək olmalıdır
24.09.2018
Ermənistan atəşkəs rejimini 89 dəfə pozub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info