Bilik Fondu bölgələrdəki abituriyentlərə universitetləri yaxından tanıdıB
Tarix: 15.06.2018 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə “Universitetlərimizi yaxından tanıyaq” layihəsinə başlanılıb. Bilik Fondunun Mətbuat xidmətindən “Palitra”ya bildiriblər ki, layihə çərçivəsində ilk görüş Şamaxı, Ağsu, İsmayıllı, Oğuz və Qax rayonlarında gerçəkləşib. Fondun Nizamnaməsində göstərildiyi kimi, əhalinin elmi-texniki biliklərinin artırılması ilə bağlı fəaliyyət istiqamətinə istinadən həyata keçirilən layihənin məqsədi gənclər arasında bu sahənin populyarlaşmasına xidmət göstərməkdir. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və bu ali məktəbin nəzdində fəaliyyət göstərən Azərbaycan Fransız Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Avrasiya Universiteti və Azərbaycan Universitetinin ictimaiyyətlə əlaqələr şöbələrinə rəhbərlik edən mütəxəssislərin iştirakı ilə beş rayonda yuxarı sinif şagirdlərinə ali təhsil müəssisələri haqqında ətraflı məlumat verilib.
Rayonların Heydər Əliyev mərkəzlərində keçirilən görüşlərdə gələcəyin abituriyenti olacaq şagirdlərin seçim imkanlarının artırılması məqsədilə bu kimi tədbirlərin vacibliyi vurğulanıb.
İlk görüş Şamaxı Heydər Əliyev Mərkəzində olub. Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Rəşad Əliyev məktəblilərlə universitetlər arasında körpü yaradan Bilik Fonduna minnətdarlığını bildirib. Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu müasir dünyanın daha çox elmi-texniki inkişaf üzərində qurulduğunu diqqətə çatdırıb və gənc nəslin bu amilə böyük diqqət ayırmasının vacibliyini söyləyib. Növbəti tədbir Ağsu Uşaq Yaradıcılıq Mərkəzində gerçəkləşib. Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi İzay İnayətov Ağsu abituriyentlərinin texniki sahəyə maraq göstərdiklərini və belə tədbirlərin onların seçiminə əhəmiyyətli dərəcədə müsbət təsir edəcəyini söyləyib. C.Musaoğlunun moderatorluğu ilə təşkil olunan təqdimat dinləyicilərin böyük marağına səbəb olub. İsmayıllı Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova Fondun fəaliyyətindən söz açaraq, xüsusən İsmayıllı Bilik Evinin əhalinin maarifləndirilməsi istiqamətində gördüyü işləri təqdir edib. Ali məktəblərin təqdimatları bu dəfə də interaktiv formada olub. Şagirdlər nümayəndələrə suallar ünvanlayıb və ətraflı cavablar alıblar.
Oğuz şəhəri 3 nömrəli məktəb-leseydə keçirlən görüşü Bilik Fondunun yerli nümayəndəsi, məktəb direktoru Anar Məcidov açaraq, məktəblilərə yaradılan bu şəraitə görə Təhsil Nazirliyi və Bilik Fonduna təşəkkür edib. Fondun mətbuat katibi layihənin hazırlanmasında Azərbaycan Respublikasının Prezidentin neft kapitalının insan kapitalına çevrilməsi ilə bağlı tövsiyə və tapşırıqlarının əsas götürüldüyünü xatırladaraq, gənclərin texniki sahədə irəli çıxmalarının ölkənin hərtərəfli inkişafına böyük təkan verəcəyini bildirib. İki gün ərzində davam edən görüşlərin bu mərhələ üçün yekun tədbiri Qax şəhəri 2 nömrəli məktəb-lisey kompleksində baş tutub. Fondun aparıcı məsləhətçisi Elvin Hətəmov layihə barədə məlumat verdikdən sonra universitetlərin təqdimatına başlanılıb. Məlumatlar Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən Nəzrin Mirzəyeva və Şəbnəm Məmmədli, Azərbaycan Texniki Universitetindən Nicat Abdullayev, Azərbaycan Turizm və Menecment Universitetindən Qoşqar Rzayev və Sara Bağırlı, Avrasiya Universitetindən Şəfayət Əliyev və Mütəllim Rəhimov, Azərbaycan Universitetindən Lalə Dilanova və Asif Paşayev tərəfindən slayd formatında təqdim edilib. Bilik Fondu “Universitetlərimizi yaxından tanıyaq” layihəsi şərçivəsində həm yerli icra strukturları, həm də yeli gənclər tərəfindən müsbət qarşılanan maarifləndirici görüşləri fərqli sahələr üzrə ixtisaslı kadr hazırlığı həyata keçirən digər universitetlər qatılmaqla başqa bölgələrdə də təşkil etmək niyyətindədir.

Anar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info