Futbol üzrə Dünya Çempionatı başladı
Tarix: 15.06.2018 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Rusiyanın paytaxtı Moskvadakı “Lujniki” stadionunda futbol üzrə XXI Dünya Çempionatının təntənəli açılış mərasimi keçirilib. Açılışda Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, Belarus Prezidenti Aleksandr Lukaşenko, FİFA prezidenti Canni İnfantino və digər rəsmi şəxslər iştirak ediblər. Dünya Çempionatının təntənəli açılış mərasimində ingiltərəli məşhur müğənni Robbi Uilyams, rusiyalı tanınmış opera müğənnisi Aida Qarifullina və futbol üzrə ikiqat dünya çempionu, braziliyalı Ronaldo tamaşaçılar qarşısına çıxıb. Robbi Uilyams və Aida Qarifullina möhtəşəm ifaları ilə arenaya toplaşan azarkeşlərə unudulmaz anlar bəxş ediblər. Mərasimdə Rusiya Prezidenti Vladimir Putin və FİFA prezidenti Canni İnfantino çıxış ediblər. Rəsmi açılışdan sonar DÇ-2018-in ilk oyununa start verilib. İlk oyunda “A” qrupunda yer alan ev sahibi Rusiya millisi Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşıb. Mundialın açılış oyununu argentinalı Nestor Pitana idarə edib.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Mətin Kərimli “Caspian Energy Forum Baku – 2018”də iştirak edib
24.09.2018
Mastercard-la “Hepsiburada”-dan endirim
24.09.2018
“Öz vətənimdə dünya çempionu oldum”
24.09.2018
Azərbaycanda dövlət-din münasibətləri bütün dünyaya örnək olmalıdır
24.09.2018
Ermənistan atəşkəs rejimini 89 dəfə pozub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info