Minimum əməkhaqqı
Tarix: 12.06.2013 | Saat: 23:14:00 | E-mail | Çapa göndər


İqtisadiyyatın müxtəlif sahələri üçün müəyyənləşdirilə bilər

Amerika Ticarət Palatası (“AmCham“) və Azərbaycan Vergilər Nazirliyinin birgə təşkil etdiyi «Vergi partnyorluğu» mövzusunda konfrans keçirilib. Konfransı giriş sözü ilə açan “AmCham“ın icraçı direktoru xanım Nərgiz Nəsrullayeva-Müdüroğlu qeyd edib ki, tədbirin əsas məqsədi vergi ödəyiciləri ilə vergi orqanı arasında partnyorluğun yeni mərhələyə qaldırılması və cəmiyyətdə mövcud olduğundan daha yüksək vergi mədəniyyətinə olan ehtiyacı müzakirə etməkdir.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının hər bir sahəsində fəal olan yüzlərlə xarici və yerli şirkəti özündə birləşdirən“AmCham“ ölkədə biznes mühitini yaxşılaşdıran mükəmməl vergi qanunvericiliyinin formalaşmasında maraqlıdır. Bu məqsədlə qurum artıq üçüncü ildir ki, vergi partnyorluğu mövzusunda tədbirlər keçirir, vergitutma sahəsində aktual olan mövzular üzrə müzakirələr təşkil edir, konkret təkliflər irəli sürür.

Vergi siyasəti biznes mühitinin
təkmilləşdirilməsinə yardım edir


Vergilər nazirinin I müavini Natiq Əmirov toplantıda çıxış edərək, Azərbaycanın vergi sistemində aparılan islahatlar və bu sahədə əldə olunan nailiyyətlər haqqında məlumat verib, “AmCham“ və digər ictimai təşkilatlar ilə mütəmadi olaraq keçirilən işgüzar görüşlərin əhəmiyyətindən danışıb. Vurğulanıb ki, Azərbaycanda həyata keçirilən vergi siyasəti ölkədə biznes mühitinin təkmilləşdirilməsinə yardım edir. Vergilər Nazirliyi bu mühitin daha da yaxşılaşdırılması istiqamətində ictimai təşkilatlarla müxtəlif müzakirələrin keçirilməsinə böyük önəm verir. N.Əmirov bildirib ki, vergi mühitinin liberallaşdırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi dərəcələrinin optimallaşdırılması məqsədilə qanun layihələri hazırlanarkən Vergilər Nazirliyi ölkədə fəaliyyət göstərən yerli və xarici biznes strukturlarının, onların ictimai təşkilatlarının rəyini nəzərə almağa, hər bir təklifə diqqətlə yanaşmağa çalışır. Natiq Əmirov bildirib ki, Azərbaycanda vergi və sosial ödənişlər mexanizminin təkmilləşdirilməsi məqsədi ilə iqtisadiyyatın ayrı-ayrı sahələrində minimum əməkhaqqı müəyyənləşdirilə bilər. Onun sözlərinə görə, bu məsələ ilə bağlı hökumətdə ayrı-ayrı qurumlar, o cümlədən Dövlət Sosial Müdafiə Fondu ilə müzakirələr aparılır. N.Əmirov bildirib ki, hazırda xarici ölkələrdə minimum əməkhaqqı tətbiq edilir: «Bəzi ölkələrdə saatlıq, bəzilərində isə həftəlik müddət üçün minimum əməkhaqqı tətbiq edilir. Azərbaycanda da bununla bağlı müzakirələr aparılır». Nazir müavini qeyd edib ki, son illər görülən tədbirlər nəticəsində əməkhaqqından tutulan fiziki şəxslərin gəlir vergisindən yayınma halları xeyli azalıb. Lakin belə şirkətlər hələ də var və bəzi hallarda real əməkhaqqı sənədləşmədə 15-16 dəfə azaldılır: «Bəzən ayda 2-3 min manat maaş alan əməkdaşın maaşı 120 manat kimi rəsmiləşdirilir. Bu göstərir ki, həmin şirkət hökmən vergidən yayınmaq yolunu tutub və onu heç bir islahatla könüllü vergiyə cəlb etmək mümkün deyil». Natiq Əmirov bəzi iri şirkətləri ikili mühasibatlıqdan istifadə etməkdə və işçilərə verilən əmək haqqına görə vergidən yayınmaqda günahlandırıb: “Mən konfransa gəlməzdən əvvəl burada iştirak edən iri şirkətlərin verdiyi hesabatlarla tanış oldum. Elə şirkətlər var ki, 800-1000 işçisi var, amma işçisinə ayda 132 manat maaş verildiyini göstərir. Əlbəttə ki, bu, reallığa uyğun deyil”. N.Əmirov qeyd edib ki, ictimai dəstək olmasa, bu məsələnin həlli çox çətindir.

Nağdsız hesablaşmaların stimullaşdırılması tədbirlərinə
gələn ildən başlanacaq


Vergilər nazirinin I müavini qeyd edib ki, hazırda vergi qanunvericiliyinə edilməsi gözlənilən növbəti dəyişikliklər nağdsız hesablaşmaların stimullaşdırılması və nağd hesablaşmaların məhdudlaşdırılması ilə bağlıdır. Onun sözlərinə görə, hazırda bununla bağlı təkliflər paketi müvafiq qurumlarda müzakirə olunur: «Bununla bağlı qanun layihələri çox geniş sahibkarlıq təbəqəsini əhatə edəcək və əsasən nağdsız hesablaşmaların stimullaşdırılmasına yönəldilib. Ona görə də, bu təklifləri stimullaşdırıcı təkliflər paketi adlandırmaq olar». Nazir müavini bildirib ki, bu sənədlərin ilin sonunda müzakirəyə çıxarılacağı, qəbul olunacağı təqdirdə isə gələn ildən tətbiq ediləcəyi gözlənilir. Onun sözlərinə görə, iri vergi ödəyiciləri arasında vergidən yayınma halları azalıb: “Ötən illə müqayisədə iri vergi ödəyiciləri, o cümlədən iri ƏDV ödəyicilərində qanunvericiliyin pozulması tendensiyası azalır”. Əvəzində daha sadələşdirilmiş qaydada vergi ödəyən vergi ödəyicilərində qanunvericiliyin pozulması tendensiyasının artımı müşahidə edilir. Nazir müavini bildirib ki, bunun qarşısının alınması üçün müvafiq proqramlar hazırlanıb: “Belə vergi ödəyicilərinin məlumatlandırılması, onlarda treninqlərin keçirilməsi və s. nəzərdə tutulur. Hesab edirik ki, bu proqramlar nəticəsində həmin tendensiyalar azalacaq”. Sonra konfrans öz işini sessiyalarda davam etdirib, vergi orqanı və özəl sektoru təmsil edən mütəxəssislər vergitutma, vergi qanunvericiliyindəki dəyişikliklər və vergi güzəştləri, vergi mədəniyyəti, vergi ödəyicilərinə xidmət vasitələri, mühasibatlıq təcrübələri və onun vergi inzibatçılığına təsiri, Vergilər Nazirliyinin elektron xidmətləri və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
14.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları komitədə işlə təmin olunublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info