Aprel döyüşlərində əlil olmuş hərbçiyə minik avtomobili hədiyyə edilib
Tarix: 15.06.2018 | Saat: 20:47:00 | E-mail | Çapa göndər



2016-cı ilin aprel ayında Ermənistanın silahlı təxribatının qarşısının alınmasında iştirak edən və bu döyüşlərdə yaralanaraq əlil olmuş hərbçi - mayor Asif Novruz oğlu Rəsulova “Azərmaş” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən minik avtomobili hədiyyə edilib.

Mayor Asif Rəsulov aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalla təltif olunub.
AZƏRTAC xəbər verir ki, Asif Rəsulov ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərin iştirakçılarına, bu döyüşlərdə yaralanmış insanlara, habelə həlak olmuş Vətən övladlarının ailələrinə Azərbaycan Prezidenti tərəfindən göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını ifadə edib. O, 15 İyun – Milli Qurtuluş Günü və müqəddəs Ramazan bayramı münasibətilə ona belə bir sevinc hissinin bəxş olunmasına, minik avtomobili ilə təmin edilməsinə görə “Azərmaş” ASC-yə təşəkkürünü bildirib.
Tədbir zamanı vurğulanıb ki, aprel döyüşləri ordumuzun dünyanın güclü ordularından birinə çevrildiyini və ölkəmizin işğal altında olan ərazilərini qısa müddət ərzində işğaldan tam azad etməyə qadir olduğunu təsdiqləyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri Prezident İlham Əliyevin korporativ sosial məsuliyyət təşəbbüsünə uyğun olan belə tədbirlərin nazirlik tərəfindən rəğbətlə qarşılandığını və dəstəkləndiyini, eyni zamanda, cəmiyyətimizdə sosial məsuliyyət çərçivəsində nəcib tədbirlərin genişlənməsi üçün yaxşı bir nümunə olduğunu vurğulayıblar.
“Azərmaş” ASC-nin səhmdarı olduğu “Xəzər” avtomobil zavodunda istehsal olunmuş “Xəzər” markalı minik avtomobili “Azərmaş” ASC-nin idarə heyəti sədrinin birinci müavini Zaur Hacıyev tərəfindən hərbçiyə təqdim edilib. Z.Hacıyev sosial məsuliyyət əsaslı layihələri gələcəkdə də davam etdirmək niyyətində olduqlarını deyib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info