Portuqaliya-İspaniya qarşılaşması heç-heçə başa çatıb
Tarix: 16.06.2018 | Saat: 04:40:00 | E-mail | Çapa göndər



İyunun 15-də futbol üzrə XXI dünya çempionatının “B” qrupunda ilk tura yekun vurulub.

Soçidə “Fişt Olimpiya” stadionunda çempionatın favoritlərindən sayılan İspaniya və Portuqaliya milliləri qarşılaşıblar.
İtaliyalı referi Canluka Rokkinin idarə etdiyi qarşılaşmada Portuqaliya millisi erkən qolla hesabı açıb. Qarşılaşmanın 4-cü dəqiqəsində Kriştiano Ronaldo 11 metrlik cərimə zərbəsindən fərqlənib. Qoldan iyirmi dəqiqə sonra Dieqo Kosta iki müdafiəçinin arasından dəqiq zərbə ilə hesaba tarazlıq gətirib -1:1. Birinci hissənin bitməsinə bir dəqiqə qalmış K.Ronaldo dublunu rəsmiləşdirib - 2:1.
İlk hissə Portuqaliya yığmasının 2:1 hesablı üstünlüyü ilə başa çatıb.
Qarşılaşmanın ikinci hissəsində üstün oyun nümayiş etdirən İspaniya yığması matçın 55-ci dəqiqəsində hesaba tarazlıq gətirib. Ev tapşırığını Dieqo Kosta dəqiq zərbə ilə yekunlaşdırıb - 2:2. Oyunun 58-ci dəqiqəsində Portuqaliya millisinin müdafiəçilərinin cərimə meydançasında qaytardığı topu Naco Fernandes qolla tamamlayıb - 2:3. Matçın sonuna iki dəqiqə qalmış Ronaldo cərimə zərbəsindən birbaşa qapıya endirdiyi dəqiq zərbə ilə Portuqaliya millisinin bərabərliyini rəsmiləşdirib - 3:3.
Xatırladaq ki, “B” qrupunun digər oyununda İran yığması Mərakeş milli komandasına 1:0 hesabı ilə qalib qəlib.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb
24.09.2018
Neftin qiyməti bahalaşır
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib
23.09.2018
Bakıda qızıl medal qazandığım üçün çox xoşbəxtəm
23.09.2018
“Qarabağ” “Qəbələ”yə böyük hesabla qalib gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info