Futbol üzrə dünya çempionatında ilk het-trik: Kriştiano Ronaldo
Tarix: 16.06.2018 | Saat: 04:41:00 | E-mail | Çapa göndər


Futbol üzrə XXI dünya çempionatında ilk het-trik iyunun 15-də Portuqaliya-İspaniya oyununda qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 3:3 hesabı ilə başa çatan matçda komandasının hər üç qoluna imza ataraq het-trik edib.
Portuqaliyalı ulduz futbolçu matçın 4-cü dəqiqəsində 11 metrlik cərimə zərbəsindən fərqlənib. Hesab 1:1 olarkən Kriştiano Ronaldo uzaq məsafədən qüvvətli zərbə ilə dublunu rəsmiləşdirilib.
Kriştiano Ronaldo het-trikə matçın 88-ci dəqiqəsində nail olub. O, cərimə zərbəsindən topu uzaq doqquzluğa göndərərək üçüncü qolunu vurub və komandasını məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, Kriştiano Ronaldo 2006-cı, 2010-cu və 2014-cü illərdə iştirak etdiyi üç mundialın hər birində bir dəfə fərqlənə bilib. Beləliklə, portuqaliyalı forvard əvvəlki üç dünya çempionatında göstərdiyi nəticəyə "Rusiya 2018"də ilk oyunda nail olub.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
“Rizespor” “Porto”dan futbolçu icarəyə götürüb
22.01.2019
Rusiyada ilk Qış Universiadası keçiriləcək
22.01.2019
Marselo əsas heyətdən kənarlaşdırıldı
21.01.2019
İtaliya A Seriyası : “Milan” səfərdə “Cenoa”nı məğlubiyyətə uğradıb
21.01.2019
İngiltərə Premyer Liqası: “Mançester Siti” meydandan qalib ayrılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info