Hər ay “ABAD”ın dəstəyi ilə ailə büdcəmizə 500 manat daxil olur
Tarix: 16.06.2018 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


Arıçılıq qədim dövrlərdən Astara rayonunda ənənəvi təsərrüfat sahələrindən olub. Rayonun dağlıq ərazisində yerləşən Miki kəndində istehsal olunan bal keyfiyyətinə görə bütün dünyada məşhurdur. Yerli sakinlərin sözlərinə görə, çar Rusiyası dövründə I Pyotra həmişə Miki balından göndərilib.
SSRİ-nin dağılmasından sonra rayonda kənd təsərrüfatının bir çox sahələri tənəzzül dövrünü yaşasa da, arıçılıq həmişə mikililərin qazanc mənbəyi olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, arıçılıq gəlirli sahə kimi bu gün də yerli sakinlərin əsas məşğuliyyətidir. Mikililərin 95 faizi arıçılıqla məşğul olur, kənddə 4 minə yaxın arı ailəsi var.
Miki kənd sakini Arif Nəzirov da arıçı ailəsində doğulub. Atası Raif kişi uzun müddət rayondakı arıçılıq sovxozunda işləyib. A.Nəzirov uşaq yaşlarından atasına kömək edib. Arıçılıq peşəsinə marağının nəticəsi olaraq o, arıçılıq ixtisasına yiyələnib, 15 il atası ilə birlikdə işləyib.
Ötən əsrin 90-cı illərində rayondakı arıçılıq sovxozunun fəaliyyəti dayandırıldıqdan sonra rayonda arıçılıq fərdi təsərrüfatlarda inkişaf etdirilib. On beş arı ailəsi ilə fərdi təsərrüfatında fəaliyyətə başlayan A.Nəzirov hazırda arı ailələrinin sayını 120-yə çatdırıb. İl ərzində onun fərdi təsərrüfatında 2-2,5 ton bal istehsal olunur. İşgüzarlığı və təşkilatçılığına görə A.Nəzirov 2009-cu ildə Astara Rayon Arıçılıq Birliyinin sədri seçilib.
Kənd Təsərrüfatı Nazirliyinin hər il Bakı şəhərində təşkil etdiyi bal məhsullarının sərgi-satış yarmarkasında astaralı arıçılar da fəal iştirak edirlər. Hər il rayonda istehsal olunan 300 tona yaxın balın 50 tonu məhz sərgi-satış yarmarkasında satılır.
Arif Nəzirov ailə biznesini inkişaf etdirmək, böyük bazarlara, ticarət şəbəkələrinə çıxış əldə etmək üçün “Ailə Biznesinə ASAN Dəstək” layihəsinə - “ABAD”a qoşulmaq qərarına gəlib. Onun müraciəti qurum tərəfindən müsbət qarşılanıb.
Astaralı arıçı “ABAD”ın fəaliyyətində şəffaflığın olduğunu, istehsal etdiyi balın laborator müayinəsindən sonra satışa çıxarıldığını bildirib: “2016-cı ildən “ABAD”la əməkdaşlıq edirəm. İstehsal etdiyimiz balın bir qismini “Şanlı bal” adı ilə “ABAD” vasitəsilə satışa çıxarırıq. Hər ay “ABAD” vasitəsilə 30-40 kiloqram bal satıram. Ailə büdcəmizdə hər ay orta hesabla 500 manat “ABAD” vasitəsilə daxil olur”.
A.Nəzirov ölkəmizin cənub bölgəsində, o cümlədən Astara rayonunda arıçılığın inkişafı istiqamətində bır sıra problemlərin də olduğunu diqqətə çatdırıb: “İstehsal etdiyimiz bal məhsullarının laboratoriya müayinəsi, bu məhsulların müasir standartlar səviyyəsində qablaşdırılması üçün lazımı şərait olmadığından məhsullarımızı xarici bazarlara çıxarmaqda çətinliklərlə üzləşirik. Əgər bu problemlər həllini taparsa Miki balının əvvəlki şöhrətini qaytarmaqla onu Azərbaycan brendi kimi dünya bazarlarına çıxara bilərik”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info