Paşinyan rus təhdidləri ilə Avropa “imkanları” arasında qalıb
Tarix: 16.06.2018 | Saat: 20:34:00 | E-mail | Çapa göndər



Ermənilər isə Nikolu passivlikdə günahlandırır


Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Brüsselə səfər edəcəyi və orada Avropa Birliyinin səlahiyyətli nümayəndələri ilə görüşəcəyini bildirsə də, o, səfərin formatı və dəqiq vaxtı barədə məlumat verməyib. Maraqlıdır ki, erməni saytları baş nazirin bir ay ərzində Moskvaya etdiyi iki səfərdən sonra nəhayət ki, Avropaya getməyə hazırlaşdığı barədə böyük təm-təraqla yazırlar. Onlar nəhayət ki, Paşinyanın Avropa istiqamətindəki passivliyinin aradan qalxdığını, yəni xalqa verdiyi vədi-onları Avpopaya “aparacağı” barədə dediklərinə əməl etməyə başladığını müjdələyirlər.
Əslində, Paşinyanın Rusiyaya tərəf əyilməsi müvəqqəti xarakter daşıdığını ermənilərin özləri də istisna etmirdilər. Onlar bunun, daha çox, Moskvadan gözlənilən təhdidlə əlaqəli olduğunu da gizlətmirdilər. Axı, Paşinyan vaxtilə meydanda ermənilər üçün böyük ideallardan danışırdı. O, Avropa Birliyinin onlA üçün “yeni imkanlar, inqilabi eforiya və enerjinin kapitallaşdırılması üçün bir istiqamət” olduğunu bəyanlamışdı: “Axı, Ermənistandakı “məxməri inqilab” həm təbiəti, həm nəticəsi ilə tamamilə Rus siyasətinə, rus düşüncəsinə və Avrasiya məcburiyyətinə zidddir”. Ermənilərin “1in.am” saytı iddia edir ki, “bu rus tərəfdən Nikol Paşinyanın gücünü təhdid edən ilk təhlükə mənbəyidir. Bəlkə də elə buna görədir ki, protokol səviyyəsində olmasına baxmayaraq, ruslar Nikol Paşinyanı qəbul etmədilər, qəbul etmirlər və belə görünür kı, özləri kimi qəbul etməyəcəklər də. Bunun Nikol Paşinyanın şəxsiyyətinə heç bir aidiyyəti olmasa da, onun həyata keçirdiyi inqilabdan irəli gəlir ki, bununla yanaşı, rusların təəbirincə, “artıq Ermənistanda liderlərin qeyri-qanuni iradəsizliyi qanunu pozulub”.
Saytın yazdığına görə, bütün bu və bir sıra digər amillər nəzərə alınmaqla Rusiyadan gələn mümkün təhdidlər Ermənistan hakimiyyətini hələ ki, ehtiyatlı davranmağa vadar edir: “Buna baxmayaraq, Avropa istiqamətində, Avropa Birliyi, erməni inqilabı üçün yeni, geniş imkanlar yaratmaq üçün bir pəncərədir, bütövlükdə inqilab tamamilə Avropa sivilizasiya və siyasi dəyərlərə və prinsiplərə cavab verir”-yazan sayt, Ermənistanda baş verənlərin təbiət və demokratiyada Avropanı xatırlatdığını bildirir: “Belə olan halda, Nikol Paşinyanın Avropa istiqamətində passivliyi yalnız qəribə yox, həm də anlaşılmazdır Rusiya istiqaməti Ermənistan üçün risklərin yönləndirilməsi, Avropa isə yeni bir imkandır. Ona gərə də, bu imkanlardan nominal faydalanmaq üçün təhdidləri neytrallaşdırmaq lazımdır”. Bunları da sayt yazır. "... Bu xalq həm xasiyyətinə, həm də coğrafi mövqeyinə görə əzəldən ikiüzlü xalqdır... Bunu isə qədim Roma tarixçis Tatsit yazıb.
Ağasəf Babayev







 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info