Azərbaycan Dünya Kuboku yarışının finalına yüksəlib
Tarix: 17.06.2018 | Saat: 01:23:00 | E-mail | Çapa göndər



İyunun 16-da Bakıda arena polo üzrə VI Dünya Kuboku yarışları davam edib.

AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən dörd klub mübarizə aparır. Ölkəmizi bu mötəbər turnirdə milli poloçulardan ibarət "Elite Horse & Polo Club" komandası təmsil edir.
Günün ilk oyununda "Rhein Polo Club Düsseldorf" (Almaniya) və "Indian Polo & Riding Club New Delhi" (Hindistan) komandaları qarşılaşıblar. Görüşdə Almaniya təmsilçisi 9:3 hesab ilə qələbə qazanaraq dünya kuboku yarışının finalına yüksəlib.
İkinci oyun isə "Elite Horse & Polo Club" (Azərbaycan) və "Polo Club Wicklow" (İrlandiya) klubları arasında olub. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada Azərbaycan komandası rəqibinə 6:3 hesabı ilə qalib gələrək turnirin finalına ikinci vəsiqəni əldə edib.
Xatırladaq ki, iyunun 15-də Azərbaycan klubu Hindistan komandasına 7:6,5, Almaniya poloçuları isə İrlandiya klubuna 8:5 hesabı ilə qalib gəlmişdi.
Beləliklə, dünya kubokunun sahibi Azərbaycan və Almaniya polo komandaları arasında iyunun 17-də keçiriləcək qarşılaşmada məlum olacaq. İrlandiya və Hindistan klubları isə üçüncü yer uğrunda yarışacaqlar.
Yarış Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə reallaşdırılan Milli Atçılıq Festivalı çərçivəsində keçirilir.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu
18.11.2018
Azərbaycanın U-19 millisi gürcüstanlı həmyaşıdlarını məğlub edib
17.11.2018
Azərbaycan güləşçisi dünya çempionatının gümüş medalına sahib olub
17.11.2018
Azərbaycan millisi Farer adaları komandasını məğlub etdi
17.11.2018
Bakıda akrobatika üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info