Əfqanıstanda terror aktı nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb
Tarix: 16.06.2018 | Saat: 22:11:00 | E-mail | Çapa göndər


Əfqanıstanın şərqində yerləşən Nanqarhar vilayətində Ramazan bayramı münasibətilə keçirilən mərasimə terrorçu-kamikadze tərəfindən hücum edilib.
AZƏRTAC xəbər verir ki, Tolo news telekanalının hüquq mühafizə orqanlarına istinadla yaydığı məlumata görə, partlayış nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb, yaralananların sayı isə 50-ni ötüb. Hücumun məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürüb.
“Hüquq mühafizə orqanlarının nümayəndələri təsdiqləyiblər ki, Nanqarhar vilayətində “Taliban” hərəkatı üzvlərinin və təhlükəsizlik qüvvələri əməkdaşlarının iştirakı ilə keçirilən tədbirə hücum nəticəsində 26 nəfər həlak olub, daha 54 nəfər yaralanıb”, - telekanalın Twitter səhifəsindəki xəbərdə belə deyilir.
Xatırladaq ki, Əfqanıstan Prezidenti Əşrəf Qani Ramazan bayramı ilə əlaqədar iyunun 11-dən 19-dək ölkədə birtərəfli qaydada atəşkəs elan etmişdi. Sonradan hökumətin ardınca “Taliban” hərəkatı da atəşin üç günlüyə dayandırılması barədə bəyanat vermişdi.
İyunun 16-da Əşrəf Qani müddət göstərilmədən atəşkəsin birtərəfli qaydada uzadıldığını elan edib.




 
Bölməyə aid digər xəbərlər
20.07.2018
Yaponiyada ölənlərin sayı 225 nəfərə çatıb
20.07.2018
ABŞ-da turist qayığı çevrilib, ölənlər var
20.07.2018
İraqın cənubunda baş verən iğtişaşlar nəticəsində 12 nəfər ölüb, 571 nəfər xəsarət alıb
19.07.2018
Kərkükdə ardıcıl beş partlayış törədilib
17.07.2018
Avropaya keçən miqrantların sayı 50 min nəfəri ötüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9666

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival
5 “Mətbuat göstərilən qayğıya adekvat olaraq milli maraqların keşiyində dayanmalıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info