Putin Paşinyanı alçaldıb
Tarix: 17.06.2018 | Saat: 12:44:00 | E-mail | Çapa göndər



Ermənilər yenə gileylidirlər. Bu dəfə lap qan ağlayırlar. Xəyanətdə, yaltaqlıqda misli olmayan bir xalq yenidən çörəkverəninə-Rusiyaya qarşı “ArmenianReport “ saytında yer alan bir yazı ilə “üsyana qalxıb”.
Yazıda deyilir: “Biz Rosselxoznadzorun (Rusiyanın Baytarlıq və Fitosanitariya üzrə Federal Xidməti) ermənilərə qarşı nə qədər qeyri-səmimi olduğunu şox görmüşük. Ona görə də biz də Rusiyadan Ermənistana idxal edilə bilməyən malların siyahısını hazırlamalıyıq”.
Daha sonra Rusiyanın, bu ölkənin iqtisadiyyatının yaranma tarixinə baş vuran sayt Moskvanı Ermənistan mallarının “müxtəlif bəhanələrlə” öz ölkəsinə buraxmamaqda ittiham edir. Hələ II Yekaterinadan da əvvəl ruslara etdikləri “xidmətlərinin” əvəzini görmədiklərini yazan sayt Nikol Paşinyanın Moskvaya etdiyi son səfərində Putin tərəfindən alçaldıldığını belə iddia edir. Rusiya prezidenti Vladimir Putinin də əvvəlki həmkarlarından fəqlənmədiyini xatırladan sayt yazır: “Rusların qeyri-dürüstlüyü bir çox əsrlər boyu dəyişdirilməmiş bir kateqoriya olaraq qalır. Onlar bu qeyri-dürüstlüyü daha çox müttəfiq saydıqları ermənilər üzərində sınaqdan çıxarırlar”.
Sayt daha sonra, Nikol Paşinyanın atasının adını təhrif etməkdə “suçlanan” Putinə qarşı Nikol Paşinyandan Putinin cavabını verməyi tələb edir. Məsələn, onlar Paşinyana gələn görüşlərin birində Putinə Vladimir Vladimiroviç deyil, Vova Vovaeviç deyə müraciət etməyi məsləhət görürlər. Sayt bunula yanaşı, erməni rəhbərliyinə aşağı keyfiyyətli Rusiya mallarının idxalından imtina etməyi, ümumiyyətlə, Ermənistana gətirilən bütün Rusiya mallarına yüksək nəzarət qoyulmasını tələb edir: “Adi avtomobildən tutmuş, kompüterinə qədər keyfiyyətdən məhrum mallar istehsal edən, hətta deyərdik ki, heç bir şey edə bilməyən bir ölkədə yüksək keyfiyyətli qida da ola bilməz. Rusiya iqtisadiyyatının bütün seqmentlərinin korrupsiya ilə çuglandığı hamıya yaxşı bəllidir. Bütün bunlara baxmayaraq, biz Rusiya mallarını öz bazarlarımıza buraxmaqla, özümüzü böyük risk altında qoymuş oluruq. Ruslar isə Moskvada yalnız "strateji müttəfiq" statusuna uyğun olmayan hərəkətlərə imkan verəcəklərini düşünürlər? Biz Rusiyanın Baytarlıq və Fitosanitariya üzrə Federal Xidmətinin erməni mallarına qarşı necə olduğunu görürük. Bu bizim üçün yenilik deyil”. Bunları yazan sayt erməni rəhbərliyinə Rusiyadan Ermənistana gətirilən malların siyahısını tutmağı məsləhət görür: “Rusiyadan təhlükəli xəstəliklərin gətirilməsi təhlükəsi ilə əlaqədar malların geniş siyahısı hazırlanmalıdır. Ölkəyə Rusiyadan gətirilən, deyək ki, donuz ətinin yoxlanışında səhv oldugunu bəyan edərək, Ermənistanda rus donuzlarını görmək istəmədiyimizi bildirməliyik. Buraxın, bu donuzları, qoyun vətənində yaşasınlar. Bu, bizim əsrlər boyu qarşilaşdıgımız rus dürüstlüyünə cavab olar”-deyə sayt bildirir.
Görkəmli amerıkalı yazar Paul Auster yazırdı ki, “ Sənə bir xəyanət edəni bağışlasan səni yenə istifadə edər; Çünki xəyanət bir ruh halı deyil, xarakterin tökülüş formasıdır”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır
24.05.2019
ABŞ-ın Türkiyəyə C-400 və sanksiya hədəsində FETO izi
24.05.2019
“Daşnaksütyun“ Paşinyanın istefasını tələb edəcək
24.05.2019
Çinin xarici işlər naziri ilk dəfə Gürcüstana səfərə gəlib
23.05.2019
Ermənilərin 45 faizi işsizliyi əsas problem hesab edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info