“Vatikanda gey lobbisi fəaliyyət göstərir”
Tarix: 12.06.2013 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


“La Repubblica” yazır ki, Papa Fransis Latın Amerikası və Siciliyadan olan yepiskop nümayəndələri ilə görüşün gedişində gey lobbinin mövcudluğu məsələsini müzakirə edib. Papa Karib və Latın Amerikası dini təşkilatlarının Konsorsiumunun nümayəndələri ilə iyunun 6-da keçirilmiş görüşündə öz fikirlərini bildirsə də, məlum olub ki, bu mövzu siciliyalı yepiskoplarla mayın 20-də keçirilmiş görüş zamanı artıq müzakirə edilib.
“Vatikanda gey lobbisi haqqında artıq çoxdandır ki, danışılır. Onun üzvləri qüsursuz reputasiyalı monsenyorlardır ki, onlar da Roma kuriyasının bütün gündəlik həyatını alt-üst etmək gücünə malikdirlər. Məhz bu lobbi ətrafında araşdırmalar XVI Benediktin üç kardinala tapşırığından sonra başlamışdı. Ancaq onlar gizliliyi saxlayaraq, öz işlərinin nəticələri barədə bir kəlmə belə demədilər” - deyə qəzetdə qeyd olunur.
Daha sonra qəzet yazır: “ Fransis artıq “Vatileaks” sənədləri ilə çoxdan tanış olub. Xarici dostlarıyla söhbətində o, məruzənin mövzusunu “partlayış təhlükəsi olan” adlandırıb. Çoxlarının sözlərinə görə, bu anklav çoxdandır ki, mövcuddur: gey lobbisi haqqında hələ 1990-cı illərdə “Vatikanda küləklə sovrulanlar” kitabında bəhs olunur.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info