Beş ayda ümumi daxili məhsul 1,1 faiz artıb
Tarix: 18.06.2018 | Saat: 15:00:00 | E-mail | Çapa göndər



Yanvar-may aylarında Azərbaycanın ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq 29294,0 milyon manata çatıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib. Nəqliyyat və anbar təsərrüfatı sahələrində əlavə dəyər istehsalı 8,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 8,6 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 6,8 faiz, informasiya və rabitə sahələrində 6,3 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 2,4 faiz, digər xidmət sahələrində və həmçinin sənayedə 0,9 faiz artıb, tikintidə isə 11,2 faiz azalıb.
ÜDM istehsalının 48,8 faizi sənayedə, 9,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,7 faizi tikintidə, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrində, 13,8 faizi digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,0 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 2991,1 manata bərabər olub.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Lerik və Yardımlıda elektrik enerjisi infrastrukturu yenidən qurulur
24.09.2018
Neftin qiyməti 100 dollara yüksələcək
24.09.2018
Nazir: “Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb”
24.09.2018
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
24.09.2018
TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info