Gürcüstanın ixracı idxaldan 3,5 dəfə geri qalır”
Tarix: 12.06.2013 | Saat: 23:26:00 | E-mail | Çapa göndər


“Bu fakt gürcü iqtisadiyyatının, o cümlədən sənayesinin nə qədər zəif olduğunu təsdiqləyir”

«Son 10 il ərzində Gürcüstan hələ də müəyyənləşdirə bilməyib ki, hansı istiqamətdə inkişaf etməlidir. Gürcüstan ya turizm ölkəsi, ya kənd təsərrüfatının inkişaf etdiyi ölkə, ya ticarət dəhlizi, ya da sənayenin inkişaf etdiyi ölkə olmalıdır. Çox qısa zaman kəsiyində bu qədər dəyişkənliyin olması prioritetlərin iqtisadi məqsədlər əvəzinə həmin anda populyar olan ideya ətrafında formalaşdırılması ilə bağlıdır».
Bu fikirlər "Tbilisskaya nedelya" qəzetində nəşr edilən məqalədə yer alıb. Həmin məqalədə qeyd edilir ki, Gürcüstanın sənaye ölkəsinə çevrilməsinin tarixi o qədər də uzaq keçmişi əhatə etmir: «Belə ki, ölkədə əsas sənaye obyektləri ötən əsrin 80-ci illərində SSRİ-nin sayəsində inşa edilib. Keçmiş sovet hesabatına əsasən, həmin vaxt Gürcüstanda sənaye sahəsində 385 min nəfər məşğul olub. Gürcüstan Milli Statistika Xidmətinin məlumatına əsasən, bu gün ölkənin sənaye sektorunda cəmi 110 min iş yeri var ki, bu da 40 il əvvəllə müqayisədə 3,5 dəfə azdır. Hərçənd həm sovet dövrünün, həm də indiki dövrün statistik məlumatlarına tam inanmaq olmur. İndi bir suala cavab tapmaq lazımdır ki, nəyə görə həmin sənayeni qoruyub saxlaya bilmədik? Gürcüstanın son 20 illik tarixinə diqqət etsək, bu sualın cavabını tapmış olarıq. Biz elə vəziyyətə düşdük ki, bütün zavodlar kərpic-kərpic söküldü, dəmirlər isə satıldı. Bu günə gəlib çatan bəzi zavodlar isə bərbad vəziyyətə düşərək, rentabelsizdirlər. Gürcüstanın sənayeləşməsi problemi o qədər ciddidir ki, zavodları modernləşdirməkdənsə onları sıfrdan qurmaq daha sərfəlidir. Xarici ticarət dövriyyəsinə diqqət etsək, görərik ki, Gürcüstanın ixracı idxaldan 3,5 dəfə geri qalır. Bir qədər xırdalığa getsək, görərik ki, heç ixraca da tam ixrac demək olar. Bizim ixracımız daha çox reeksportdur. Yəni, idxal etdiyimiz məhsulları ya olduğu kimi, ya da bir qədər dəyişərək satırıq. Bu fakt gürcü iqtisadiyyatının, o cümlədən sənayesinin nə qədər zəif olduğunu təsdiqləyir. Ölkənin sənayeləşməsinin qarşısında çox çətin vəzifələr dayanır. Sənaye sahəsini işadamları üçün cəlbedici etmək üçün bir sıra faktorların kompleks şəkildə olması lazımdır. Bura daxildir: siyasi sabitlik-bizdə yoxdur, geosiyasi sabitlik-yoxdur, cəlbedici əmək məcəlləsi-var, amma bu yaxınlarda onu da dəyişəcəklər, ixtisaslı işçi qüvvəsi-işçi qüvvəsi var, amma ixtisaslı olanları azdır. Olanlar da aşağı maaşa işləmək istəmir. Nəhəng investorları Gürcüstana cəlb etmək hələ ki, mümkün olmayıb. Sadəcə indiki hökumətin şəxsi əlaqələri hesabına investisiyalar cəlb etmək mümkün olub. Gürcüstanın hazırkı hökuməti hesab edir ki, neqativ iqtisadi vəziyyəti düzəltmək üçün kənd təsərrüfatını inkişaf etdirmək lazımdır. Bu sahə inkişaf etdikcə iqtisadiyyatın digər sahələri, o cümlədən sənaye də inkişaf edəcək. Bizə belə bir sənayeləşmə lazımdırmı? İnkişaf etmiş Qərb dövlətləri sənaye mərkəzlərini, əsasən də «qara sənayeni» xarici ölkələrə köçürərək iqtisadiyyatın müasir sektorlarını inkişaf etdirməyə çalışırlar. Digər tərəfdən ötən əsrdə biz sənayeləşməni keçmişik. İndi geri addım atmaq istəyirik.

ANAR




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info