Bayram günlərində Qubaya gələn turistlərin sayı ikiqat artıb
Tarix: 19.06.2018 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


Biz Qubaya istirahət etmək, eyni zamanda, nadir quş növlərini araşdırmaq məqsədilə gəlmişik. Burada ancaq dağlıq ərazilərdə yaşayan bir sıra endemik quşlar var. Qubaya bir həftəlik gəlmişik. Azərbaycanda olduğumuz müddətdə yalnız bir gün restoranda yemək yemişik. Digər günlərdə yerli mətbəx nümunələrinin dadına baxmışıq. Ölkənizin çox dadlı və özünəməxsus mətbəxi var.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində almaniyalı turist Fritz Lange söyləyib.
Ramazan bayramı münasibətilə elan olunan qeyri-iş günlərində Qubadakı istirahət mərkəzlərində dincələn turistlərin sayı ikiqat artıb. Qonaqların əksəriyyətini yerli turistlər təşkil etsə də, ziyarətçilər arasında xeyli sayda əcnəbi də var.
Quba Turizm İnformasiya Mərkəzindən bildirilib ki, bu günlərdə rayona gələn turistlərin sayı adi vaxtlardakından 50-60 faiz çoxdur.
İstirahət mərkəzinin inzibatçısı Anar Gərəyzadə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, Qubaya gələn əcnəbi turistlərin sayı hər il artır. “Son illər ərəb ölkələrindən gələn qonaqlar çoxluq təşkil edir. Əcnəbi turistlər Qubanı təbiətinə, qonaqpərvər insanlarına və ləziz mətbəxinə görə seçirlər. Biz də əlimizdən gələni edirik ki, turistlərdən buradan razı getsinlər. Onlara həm yerli mətbəxin, həm də Avropa mətbəxinin nümunələrini təqdim edirik”-deyə Anar Gərəyzadə bildirib.
Bayram günlərində Quba rayonuna gələn turistlər daha çox Qəçrəş və Quba-Xınalıq istiqamətində yerləşən istirahət mərkəzlərinə üz tutublar.
Yerli turist Sənan Məmmədov məsafə yaxın olduğundan Qubaya tez-tez gəldiyini söyləyərək deyib: “Buranın sərin, təmiz havası var. Təqdim olunan xidmətlərdən də razıyam. Qiymətlər münasibdir”.
Rayona gələn qonaqların çoxluğu nəzərə alınaraq, Quba Turizm İnformasiya Mərkəzi istirahət və bayram günlərində də fəaliyyət göstərir. Turistlərin rayonda istirahətini təmin etmək üçün “qaynar xətt” yaradılıb. Əcnəbi və yerli turistlər 24 saat ərzində (070) 530-76-70 nömrəsinə zəng edərək istirahət mərkəzləri, turizm marşrutları barədə ətraflı məlumat ala bilərlər. Quba Turizm İnformasiya Mərkəzi tərəfindən turistlərə ödəniş əsasında nəqliyyat vasitəsi və bələdçi də təqdim olunur.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info