“Milli şura” parçalana və yeni siyasi blok yarana bilər”
Tarix: 12.06.2013 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


Bildiyimiz kimi Rüstəm İbrahimbəyov Eldar Namazovu “milli şura”nın icra aparatının sədri təyin edib. 24-25 il eyni cəbhədə olan şəxslər dura-dura vaxtilə hakimiyyətdə təmsil olunan Eldar Namazovun bu vəzifəyə təyin edilməsi nə dərəcədə doğrudur? Eldar Namazov qurumda təmsil olunanların hamısını öz ətrafında birləşdirə biləcəkmi, yaxud ona qarşı təmsil olunanların münasibəti eyni dərəcədə səmimidirmi?
Əgər “milli şura”nın bir qisminin Avroatlantik digər bir qisminin Rusiyaya inteqrasiya xəttinin müdafiəçiləri olduğunu nəzərə alsaq buna inanmaq sadəlövhlük olardı. Eyni zamanda digər bir vacib məsələ E.Namazovun siyasi keçmişi ilə bağlıdır. Namazovun siyasi həyatı ilə bağlı olan bu elementin onun “milli şura”dakı fəaliyyətinə ciddi təsir edəcəyini əminliklə demək olar. Məsələ ilə bağlı Azərbaycan Dünyəvi Bozqurd Partiyasının sədri Şakir Ulubəyin fikirlərini öyrəndik. Partiya sədrinin açıqlamasında kifayət qədər ziddiyyətli məqamlarla rastlaşdıq. O, “milli şura”nın sədri seçilən İbrahimbəyovun Namazovu bu vəzifəyə təyin etməyə səlahiyyətinin olduğunu dedi və təyinatın səbəblərini isə belə izah etdi: “Digər hər hansı bir üzv bu vəzifəni Eldar Namazov səviyyəsində icra edə bilməz.. Çünki o daha təcrübəlidir”. Buradan göründüyü kimi, həm Şakir Ulubəy, həm də İbrahimbəyov “milli şura”nın digər üzvlərini, xüsusilə əsas iştirakçılar olan İsa Qəmbər və Əli Kərimlini təcrübəsiz hesab edir. Partiya sədri bununla yanaşı İbrahimbəyovun təyinat məsələsini digər üzvlərlə müzakirə etdiyini desə də, digər üzvlərin hansı şərtlər daxilində bu təyinatla razılaşdığına toxunmadı. Açıqlamadan müxalifətdə ciddi şəkildə kadr çatışmazlığı yaşandığı məlum olur. Partiya sədri bunu belə etiraf edir: “Biz artıq iqtidarla müxalifət arasındakı kəskin baryei bir qədər yumşaltmalıyıq. Kimsə bu hakimiyyətdə nə vaxtsa təmsil olunub deyə onu mübarizədən kənarlaşdırmaq olmaz. Hətta bu gün iqtidarda olan çox istedadlı və dövlət işlərində təcrübəli peşəkarlardan da istifadə edilməlidir”.
O, bununla yanaşı İbrahimbəyovun bu təyinatı “uzaqgörənlik”lə etdiyini dedi və fikrini belə əsaslandırdı: “Bir də Rüstəm bəyin bu təyinatı bir qədər uzaqgörənliklə hesablanmış bir təyinatdır. Rüstəm bəy prezident seçilərsə, Eldar Namazov aparatın rəhbəri təyin olunacaq”.
Bu ilin yanvarında partiyanın iclasında Əli Kərimlini dəstəklədiklərini və yeganə lider kimi qəbul etdiklərini verilən bəyanatla ictimaiyyətə açıqlayan Şakir Ulubəyin indi də İbrahimbəyovu dəstəkləməsi, Namazovu ən təcrübəli hesab etməsi müxalifət düşərgəsinin daxilində gedən oyunlardan, partiyaların bir-birilərinə qarşı gedən daxili savaşından xəbər verir. Belə ki, bu ifadədən ötən əsrin 90-cı illərində olduğu kimi hələ ilk iclasdan üzvlər arasında vəzifə bölgüsü davasının getdiyi məlum olur. Eyni zamanda bir tərəfdən Avroatlantik kursu dəstəklədiklərini və bu kursdan kənar hər hansı bir istiqamətin ölkəni məhvə aparacağını vurğulayan Şakir Ulubəyin digər tərəfdən birmənalı şəkildə Rusiyaya inteqrasiya xəttini ardıcıl müdafiə edən Rüstəm İbrahimbəyovu dəstəkləməsi müxalifət partiyalarının mövqelərinin qeyri-müəyyənliyindən xəbər verir. Ulubəy əgər birtərəfli şəkildə Rusiyaya inteqrasiya xəttinin əsas götürüləcəyi halda “milli şura”nın parçalana biləcəyini də istisna etmədi: “Avroatlantik kursdan kənar hər hansı bir istiqamət Azərbaycanı məhfə aparar. Əgər belə bir variant olarsa milli qüvvələr “milli şura”dan kənar məhz bu kursu müdafiə edən siyasi blok yarada bilərlər. Bu ehtimal edilən bir variantdır”.
Açıqlamada yer alan fikirlər əslində özünü “milli şura” adlandıran qurumun daxilində kəskin ziddiyyətlərin olduğunu, burada müxtəlif xarici qüvvələrə xidmət edən şəxslərin yer aldığını və hakimiyyətə gəlmək üçün heç bir dövlətçilik maraqlarını üstün tutmayan üzvlərin öz çirkin məqsədlərinə çatmaq naminə Azərbaycan üzərindən mənfur planlar qurduğunu sübut edir. Son fikirlər isə gəmidə batmaqda olan sərnişinlərin son ümidlərinə bənzəyir. Çünki belə kəskin ziddiyyətlə bir-biri ilə toqquşan qüvvələrin nə vaxtsa eyni mövqedən çıxış edəcəklərinə inanmaq heç bir halda ağlabatan deyil. Bu isə son nəticədə müxalifətin seçkilərdə indidən məğlubiyyəti və düşərgədə parçalanmanın daha da dərinləşməsinin artıq aksiom olması deməkdir.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info