“Ayrı-ayrı şəxslərin keyfiyyəti baxımından “milli şura”nın tərkibi milli tərkib deyil”
Tarix: 12.06.2013 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


“Milli şura”da bizi narahat edən bir çox məsələlər var, onlara aydınlıq gətirilməlidir”. Bu barədə mətbuata fikirlərini bildirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, “milli şura” təsis olunsa da, onun məqsədləri, o cümlədən onun qarşısına qoyacağı məqsədlərə necə, hansı yollarla nail olacağı bəlli deyil.
Partiya sədri hesab edir ki, “milli şura” adına baxanda görürük ki, həm əhatə dairəsi, həm də ayrı-ayrı şəxslərin keyfiyyəti baxımından onun tərkibi milli tərkib deyil: “Açığını deyim ki, orada təsadüfi təmsil olunanlar və yaxud da birliklərdə təmsil olunmaq gücünə, potensialına və haqqına malik olmayan insanlar çoxdur”.
“Milli şura”dan prezidentliyə “vahid namizəd”in müəyyənləşdirilməsinə toxunan Cəlaloğlu qeyd edib ki, “milli şura”nın ən ciddi problemlərindən biri bu məsələ olacaq: "Çünki bilirik ki, bu, Azərbaycan müxalifətində problemli məsələlərdəndir. Düşünmürəm ki, həmin məsələ asan həll olunacaq". Cəlaloğlu hesab edir ki, “milli şura”da xüsusən xarici siyasət məsələlərində razılaşma əldə olunmayana qədər, yəqin ki, “vahid namizəd” məsələsində də ciddi bir nailiyyət əldə olunmayacaq.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info