“Loqos” da ShushaPost.az saytının təqdimatı keçirilib
Tarix: 20.06.2018 | Saat: 15:06:00 | E-mail | Çapa göndər


"Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzində QHT Şurasının dəstəyi ilə maliyyələşən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının növbəti layihəsi “Dağlıq Qarabağ münaqişəsində informasiya müharibəsinin rolu - ShushaPost.az saytının təqdimatı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşan “ShushaPost.az – 2 dildə informasiya portalının təkmilləşdirilməsi və inkişafı” adlı layihənin əsas məqsədi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən prosesləri obyektiv cəmiyyətə çatdırmaqdan ibarətdir. ShushaPost.az saytı 3 ilə yaxındır ki, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının daxili imkanları hesabına yalnız Azərbaycan dilində fəaliyyət göstərib. Şura 2 aylıq layihə çərçivəsində saytın rus dili versiyasının da yaradılmasına imkan yaradıb.
Tədbiri giriş sözü ilə "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Marketinq şöbəsinin rəhbəri Leyla Kərimova açaraq təmsil etdiyi qurum haqqında iştirakçılara geniş məlumat verdi.
Daha sonra "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova çıxış edərək bu kimi layihələrin həyata keçirilməsinin vacibliyindən danışdı. T.Məmmədova rəhbərlik etdiyi qurumun bu və bu kimi mövzulara hər zaman həssas yanaşıldığını, bu istiqamətdə müxtəlif layihələrin reallaşdırdığını diqqətə çatdırdı.
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov isə çıxışında layihə haqında geniş məlumat verdi. ShushaPost.az saytının 3 ilə yaxındır ki, yalnız Azərbaycan dilində fəaliyyət göstərdiyini dedi: “ShsushaPost.az saytı ilkin mərhələdə 2016-cı ildə Gənclər Fondunun dəstəyi ilə 3 aylıq layihə çərçivəsində yaradılıb. Lakin layihə bitdikdən sonra da biz ASGA olaraq layihəni dayandırmadıq və bu illər ərzində öz şəxsi imkanlarımız hesabına ayaqda saxladıq. Mən ilk növbədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına öz dərin təşəkkürümü bildirirəm. hesab edirəm bu layihəyə dəstək bundan sonra da olacaqdır”
Editor.az saytının rəhbəri Fərid Şahbazlı isə münaqişə ətrafında baş verən proseslərə saytların müdaxiləsinin mütləq olduğunu dedi.
Sonra gənc alim, İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu çıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslərə innovativ yanaşmanın vacib olduğunu dedi. O, bu proseslərdə yeni medianın rolunun vacib olduğunu bildirdi.
Azərbaycan Diasporu İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdili isə çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin gənclər arasında təbliğinin vacib olduğunu dedi.
Azxeber.com saytının baş redaktoru Əfsələddin Ağalarov çıxış edərək Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən prosesləri müxtəlif dillərdə beynəlxalq tribunalara daşınmasının vacib olduğunu dedi.
Məlumat üçün qeyd edək ki, tədbirdən sonra 20-yə yaxın sayt rəhbəri, politoloqlar, ekspertlər mövzu ətrafında disskusiya aparıblar. Sonra tədbirin bədii hissəsinə start verilib. Balaca fidanların hazırladıqları vətənpərvərlik kompozisiyası tədbir iştirakçılarında xoş əhval –ruhiyyə yaradıb.




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib
15.10.2019
Nazir müavini: “Müəllimlər şagirdlərin beynini lazımsız məzmunla doldurmağa çalışırlar”
15.10.2019
BŞBPİ: Razılaşdırılmamış aksiyaların qarşısı polis tərəfindən alınacaq
15.10.2019
Xüsusi nəzarətə götürülmüş 165 məktəbin 102-sində nəticələr yüksəlib
15.10.2019
BMU ilə Xarkov Milli Radioelektronika Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10915

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info