Astanada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub
Tarix: 20.06.2018 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Astanada Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən ənənəvi təşkil olunan III "Böyük Çöl" Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd edilib.
TWESCO prezidenti Darxan Kıdırəli bildirib ki, bu il türk dünyasının tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100, böyük qırğız şairi Çingiz Aytmatovun 90, qazax milli şairi Mağjan Jumabayevin 125, qədim türk yazılı abidələrinin ilk oxunuşunun 125 və Astana şəhərinin Qazaxıstanın paytaxtı elan olunmasının 20 illik yubileyi kimi əlamətdar hadisələrlə zəngindir. Ona görə də Beynəlxalq Türk Akademiyası III "Böyük Çöl" Beynəlxalq Humanitar Forumunu həmin yubileylərə həsr edib. Onun sözlərinə görə, əsas məqsəd tarixdə silinməz iz buraxan bu hadisələr və şəxsiyyətlərin irsini bütün dünyaya təqdim etməkdir.
Qazaxıstanın Dövlət katibi Gülşara Abdıkalıkova isə AXC-nin türk dünyasının dövlətçilik ənənələrində özünəməxsus yerini qeyd edərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti türk dünyasının dövlətçilik və milli ifeoloji fikir tarixində çox önəmli rol oynayıb. Bu məqsədlə Qazaxıstanda təşkil olunan Forumda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin də qeyd olunması əhəmiyyətli hadisədir.
Türkiyə Baş nazirinin məsləhətçisi, professor Aygün Attar isə Azərbaycan Xalq Cümhuriyyətinin yubiley tədbirlərinin beynəlxalq səviyyədə, o cümlədən Qazaxıstanda da qeyd olunmasından duyduğu məmnuniyyəti dilə gətirib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının keçmiş Baş katibi Halil Akıncı Azərbaycanın tarix boyunca təkcə Qafqazda deyil, Anadoluda və Mərkəzi Asiyada da milli dövlətçilik idologiyasının və milli düşüncənin formalaşmasında vacib rol oynadığına diqqət çəkib.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülən "Gələcəyə doğru: Mənəvi yenilənmə" proqramı və Astananın paytaxt elan olunmasının 20 illiyinə ithaf edilən Forumun açılış mərasimində BMT Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO), İqtisadi Əməkdaşlıq Təşkilatı Elm Fondu (ECOSF) Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) və Türkdilli Dövlətlərin Parlament Assambleyası (TürkPA) kimi beynəlxalq təşkilatların rəhbərləri və səlahiyyətliləri, diplomatlar, dövlət və ictimai xadimlər, nüfuzlu araşdırma mərkəzlərinin rəhbərləri, aparıcı elm xadimləri və tədqiqatçılar da iştirak edib.
Beynəlxalq Forumda Almaniya, Azərbaycan, Çin, Qırğızıstan, Monqolustan, Moldova, Özbəkistan, Polşa, Rusiya Federasiyası, Tacikistan, Türkiyə və digər ölkələrdən təxminən 150 alim, tədqiqatçı və mütəxəssis, 6 fərqli paneldə aktual mövzularda məruzələr və fikir mübadiləsi ediblər.
III Beynəlxalq Humanitar Forumun "Türk dövlətçilik ənənələrinin xüsusiyyətləri" adlı paneli bütövlükdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib. Bu bölmədə məruzəçilər Cümhuriyyətin türk dövlətçilik tarixində və milli azadlıq ideyalarının formalaşmasında oynadığı əvəzsiz rol barədə müzakirələr aparıblar.
Astananın Qazaxıstanın paytaxtı elan olunmasının 20-ci ildönümünə həsr olunmuş "Sivilizasiyaların harmoniyası və şəhər mədəniyyəti”, Türk dünyasının böyük şəxsiyyətləri Mağjan Jumabayevin 125, və Çingiz Aytmatovun 90 illik yubileyi münasibətilə "Türk ədəbi əlaqələri: Ənənə və müasirlik", büyük türkoloq V.Radlovun vəfatının 100, tanınmış elm xadimi V.Tomsenin Türk yazısını oxumasının 125 illiyinə həsr olunmuş "Türkologiyanın yeni imkanları" və "Böyük Çölün mənəvi oyanışı", "İnteqrasiyanın emi aspektləri: istiqamətləri və gələcəyi", habelə, "Türk dövlətçilik ənənələrinin xüsusiyyətləri" adlı panellərdə Türk dünyasında elmin inkişafı, Avrasiya bölgəsində elmi inteqrasiya, şəhər mədəniyyəti, tükologiya, türk ədəbiyyatında ənənə və müasirlik, türk dövlətçilik ənənəsinin xüsusiyyətləri kimi məsələlərlə bağlı aktual təkliflər səsləndirilib.
Forum çərçivəsində 4 ölkə tərəfindən TWESCO nəzdində Altaistika, Türkologiya və Monqolistika Mərkəzinin yaradılması barədə anlaşma imzalanıb, türkologiyanın inkişafındakı xidmətlərinə bir neçə nüfuzlu alimə Akademiyanın qızıl medalı təqdim edilib. Həmçinin, TWESCO tərəfindən son illər nəşr olunan kitabların sərgisi təşkil olunub.
Xatırladaq ki, Beynəlxalq Türk Akademiyası cari ilin aprel ayında UNESCO-nun Parisdəki mənzil-qərargahında təşkil etdiyi beynəlxalq forum çərçivəsində də AXC-nin 100 illiyinə ayrıca panel həsr etmiş və forum iştirakçıları Cümhuriyyətin qurucularından olan Ə.Topçubaşovun məzarını ziyarət etmişdilər.



Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info