AXCP Müsavatı “hakimiyyətə işləməkdə” ittiham edir
Tarix: 12.06.2013 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


Radikal müxalifət düşərgəsində qarşıdurmalar seçki yaxınlaşdıqca daha da kəskinləşir. Artıq yalnız adı qalan “ictimai palata”da, daha sonra isə hələ də yarana bilməyən “milli şura”da təmsil olunan AXCP və Müsavat bu arada yaman kəllə-kəlləyə toqquşmaqdadırlar.

Belə ki, AXCP-nin nəzarətində olan “Azadlıq” qəzeti “Yeni Müsavat” qəzetini açıq və kəskin ittiham etməyə girişib. AXCP-nin qəzeti “Yeni Müsavat”ı “hakimiyyətə işləməkdə, müstəqil olmamaqda” ittiham edir. Qəzet yazır: “Hakimiyyətin” məxfilər komandası” (ad şərti deyil, vəziyyətdən götürülüb) iş başındadır. Bu qrupun əməliyyat yazı tədbirləri nəticəsində “Yeni Müsavat” qəzetində “milli şura” əleyhinə durmadan yazılar yazılmaqdadır. Gah məxfi mənbə, gah məxfi ekspert, gah məxfi diplomata çevrilən bu simbioz qrup sübut eləmək istəyir ki, “milli şura” Rusiyadan qidalanır“.
Göründüyü kimi, AXCP-nin qəzeti Müsavatın qəzetini açıq-aşkar “milli şura”ya qarşı olmaqda, “hakimiyyətə işləməkdə” suçlayır. Bu isə təsadüfi deyil. Məlum məsələdir ki, qarşıdakı seçkidə Müsavat Partiyasının ayrıca namizədi var ki, bu da İsa Qəmbərdir . Eyni zamanda da o, “milli şura”da təmsil olunur. Burada isə o, “milli şura”nın sədri və gözlənilən “vahid namizəd“i Rüstəm İbrahimbəyova və onun yaxını Eldar Namazova rəqibdir. Müsavat “milli şura”da əks tərəfin hegemonluğu ilə heç cür barışa və güzəştə getmək istəmir. Zatən İsa Qəmbərin öz namizədliyini onlara güzəştə gedəcəyi gözlənilmir də. Ona görə də o, “milli şura” və Rüstəm İbrahimbəyova qarşı mübarizə aparır. Müsavat “milli şura”nı avrointeqrasiya yolu tutmamaqda, Rusiyadakı bəzi dairələrə işləməkdə və sair ittiham edir. İsa Qəmbər eyni zamanda da AXCP sədri Əli Kərimli ilə əzəli rəqibdir. İsa Qəmbər və Əli Kərimli heç vaxt bir-birini həzm edə bilməyən, bir-birilərinə qarşılıqlı nifrət bəsləyən iki ziddiyyətli tərəfdir. Bu baxımdan Əli Kərimlinin nəzarətində olan qəzetdə bu yazı təsadüfən yazıla bilməz. Yazı Əli Kərimlinin şəxsi sifarişi və diktəsi ilə yazılıb. Məqsəd “mehriban düşmən” olan İsa Qəmbəri bu ərəfədə müxalifət düşərgəsində nüfuzdan salmağa çalışmaq, ona qarşı kompromat xarakterli yazılar vermək, eyni zamanda da “milli şura”dakı mövqeyinə görə İsa Qəmbəri ittiham etməkdir. Onu da qeyd etmək yerinə düşər ki, Müsavat avrointeqrasiya yolu tutduğunu elan etsə də, Əli Kərimli, ümumiyyətlə, heç bir yönümü olmadığını, artıq Avropadan əlini üzdüyünü, bu arada ciddi maliyyə və təşkilati böhran keçirdiyini gizlədə bilmir. Kərimli təkbaşına seçkiyə gedə bilmir, çünki resursları çatışmır. Ona görə də onun üçün bu arada fərqi yoxdur ki, seçkiyə kiminlə qatılsın, təki yedək qüvvə kimi seçkidə iştirak etsin, əvəzində yedəyi olduğu tərəfdən maliyyə dəstəyi alsın. Bu baxımdan o, Müsavata qarşı öz qəzetində Rüstəm İbrahimbəyov-Eldar Namazov cütlüyünün sifarişi ilə də kampaniya apara bilər. Hər halda,“milli şura” ilə bağlı hazırkı situasiya və tərəflərin tutduğu mövqe də bunu deməyə əsas verir.
Buradan isə açıq görünür ki, “milli şura” adlı qurama təşkilatda olan bütün tərəflər bir-birilərinə inamsızlıq bəsləyirlər, bir-birilərilə diş-dişə, göz-gözədirlər. Belə olduğu halda, onların bu cür intriqant “əməkdaşığı” cəmiyyət, siyasi proseslər və müxalifət üçün çox zərərlidir. Çünki əməkdaşlıq yox, yalnız dedi-qodu, parçalanma və tirələnmə tendensiyası aşılayır.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info