Fərhad Abdullayev: “Azərbaycanda hüquqi dövlətin inkişafı müstəqil siyasətimizlə bağlıdır”
Tarix: 20.06.2018 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


“Güman edirəm ki, Azərbaycanda hüquqi dövlətin inkişafı bizim müstəqil siyasətimizlə bağlıdır”. Bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, 2018-ci il Azərbaycan üçün çox əlamətdar il olub. Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə bir çox tədbirlərin baş tutduğunu xatırladan F.Hacıyev deyib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinin keçirilməsi də bizim üçün böyük fəxrdir: "Müstəqilliyi qoruyub saxlamaq Ulu Öndər Heydər Əliyev tərəfindən görülən çox böyük işlərdən biridir. Azərbaycan Konstitusiyasının qəbulu da Heydər Əliyevin şah əsərlərindən biri olub. Konstitusiyada da bu öz əksini tapıb ki, dövlətin əsas vəzifəsi Azərbaycan vətəndaşlarının hüquqlarını qorumaqdır". F.Hacıyevin sözlərinə görə, hər bir dövlətin öz çətinlikləri var və Azərbaycan da bu baxımdan istisna deyil: "Biz çalışırıq ki, Konstitusiyanın müddəaları daha anlaşıqlı başa düşülsün. İnsan hüquq və azadlıqlarının təmin edilməsində ombudsman təsisatının rolu böyükdür".

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info