“AMEA-nın idarəetmə sistemində dəyişikliklər davam edəcək”
Tarix: 12.06.2013 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


“Azərbaycan Milli Elmlər Akademiyasının institutları və elmi müəssisələri üzrə doktoranturaya qəbul planı artıq AMEA Rəyasət Heyətinə təqdim edilib. Hazırda layihə Rəyasət Heyətində təhlil edilir”.
Bunu AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, yaxın vaxtlarda AMEA-nın institut və elmi müəssisələri üzrə doktoranturaya qəbul planı layihəsinin hökumətə təqdim ediləcəyi gözlənilir. Qəbul planı layihəsindəki plan yerlərinin sayı akademiyanın tələbatlarına uyğunlaşdırılıb. Qəbul planında akademiyanın ehtiyacı olan qədər yerlərin nəzərdə tutulduğunu deyən İ.Həbibbəyli qeyd edib ki, yeni elmi istiqamətlər nəzərə alınmaqla kifayət qədər yerlər nəzərdə tutulur: “AMEA-nın doktoranturaya qəbul planının yerlərinin sayı demək olar ki, ötən ilki ilə müqayisədə dəyişməyib. Yerlərin sayında azalma yoxdur, ancaq inkişaf var. AMEA-da olan yeni ixtisaslar, elmi istiqamətlər nəzərə alınıb. Bizim cəmiyyətimizin meydana qoyduğu yeni meyllər var ki, bunlar nano-texnologiyalar, kosmik tədqiqatlar, iqtisadi həyatın modernləşdirilməsi ilə bağlı prioritet istiqamətlərdir. Bunlar həm elmi-tədqiqat prosesinə, həm də gələcək yeni elmi kadrların hazırlanmasına nəzərə alınır”. AMEA-nın vitse-prezidenti vurğulayıb ki, ölkənin mövcud qanunvericiliyinə görə, doktoranturada həm ödənişli, həm də ödənişsiz təhsil almaq olar. Qanunvericilikdə bunların hər ikisinin nəzərdə tutulduğunu deyən İ.Həbibbəylinin sözlərinə görə, doktoranturada həm ödənişli, həm də dövlət sifarişi ilə olan təhsil həyata keçirilir. İsa Həbibbəyli bildirib ki, AMEA islahatlar dövrünün başlanğıc mərhələsini yaşayır: “Artıq Akademiyada struktur islahatları başlayıb. Yeni dövrün idarəetmə sisteminə uyğun innovasiya, analitik şöbələri yaradılıb. Bu proseslərə yalnız Akademiyada yeni şöbələrin yaradılması kimi baxmaq lazım deyil. AMEA-da idarəetmə sistemi dəyişir. Bu, elmin inkişafına kömək olacaq. Akademiyada idarəetmə sistemində dəyişikliklər daha sonra da davam edəcək. Hazırda bununla bağlı konkret plan hazırlanır”.

Günay




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info