Ermənistanda çoxlarını Manvel Qriqoryanın aqibəti gözləyir
Tarix: 20.06.2018 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


Onun hərbi cani kimi mühakimə edilməsinin vaxtı çoxdan çatıb

«Həbsdə olan Manvel Qriqoryan Respublika Partiyasındakı keçmiş dostlarının indi ölkə parlamentində onun ünvanına səsləndirdikləri tənqidlərdən o qədər də təəccüblənmir». Bunu "Sputnik Ermənistan" saytına Qriqoryanın vəkillərindən biri olan Arsen Mkrtçyan bildirib.
Qeyd edək ki, İrəvandakı ümumi mülkiyyət məhkəməsi «Erkrapa» könüllülər birliyinin rəhbəri Manvel Qriqoryanın iki aylıq həbsinə qərar verib. Hazırda Qriqoryanı müdafiə edəcək Mkrtçyanın sözlərinə görə, məhkəmədə siyasət üçün yer yoxdur, fərdi hakimlər isə nüfuzlu liderlər tərəfindən ifadə olunan fikirlərlə yönəldilə bilərlər. « Əgər «lider» hər hansı bir şeyi sevməyəcəyini bəyan edirsə, təbii ki, bu hakimə təsir etməyə hesablanıb. Amma siyasi zülmdən danışmaq, mənim fikrimcə, bu artıq yersiz görünür»-deyə Mkrtçyan bildirib.
Xatırladaq ki, Qarabağ savaşında cəllad kimi dəyərləndirilən Manvel Qriqoryan isə ona qarşı irəli sürülən ittihamları qəbul etmir. Maraqlıdır ki, o, cəmiyyət və dostlarının fikirlərinə də kifayət qədər reaksiya verməyi unutmur. «Qriqoryan dostlarının əbədi olmadığını yaxşı anlayır. Bununla yanaşı, Manvel Qriqoryan bir vaxtlar Paşinyanı deputat toxunulmazlığından məhrum etməyə hazır olan dostlarının indi həmin tərifli mahnıları onun üçün oxuduqlarını da artıq başa düşüb»-deyə vəkil Mkrtçyan bildirir. Vəkil özü də, Qriqoryanın dostlarının tənqidlərini qısa müddətdə generaldan uzaqlaşmaq cəhdi ilə bağlayır.
Maraqlıdır ki, Qriqorianın həyat yoldaşı Nazik Əmiryanın da əri ilə əlbir olması barədə mətbuata xəbərlər sızmaqdadır. Bildirilir ki, məhz, Nazik ərinə əsgərlərin yeməyini oğurlamaq əmri verirmiş və belə görünür ki, onun da yaxın gələcəkdə də saxlanılmaq ehtimalı var.
Bunu ehtimal kim dəyərləndirən erməni vəkil, hər şeyin aparılacaq istintaqdan sonra ortaya çıxacağını bildirib.
Qriqoryana qarşı, hələ ki, iki ittiham irəli sürülüb: - döyüş sursatı, partlayıcı və ya partlayıcı qurğuların qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması, satılması və xüsusilə böyük miqdarda mənimsəmə.
Respublika Partiyasından Qriqoryanın dostu, deputat Seyran Saroyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin generalın evində tapdığı tapıntılar barədə videoya baxdıqdan sonra şoka düşdüyünü bildirib. O, hətta bir müddət əvvəl Qriqoyanın «Əsgərdən oğurluq edənlərin, prokuror tərəfindən deyil, Tanrı tərəfindən cəzalandırılacağı” barədə dediklərini xatırladıb. Saroyanın sözlərinə görə, axtarış zamanı Qriqoryanın evindən tapılan silah-sursat, bəlkə də başadüşüləndir. Amma onsuz da yarıac-yarıtox əsgərin azuqəsini oğurlamaq, bu, artıq başadüşülən deyil: «Axı, Qriqoriyanın nəyi çatmırdı? Artıq neçə gündür ki, şokdayam. Müəllimədən kasıb erməni uşaqlarının əsgərlərə göndərdiyi hədiyyələr, uşaqların məktubları barədə sözləri eşitdikdən sonra özümdə deyiləm». Saroyanın fikrincə, Qriqoryanın övladlarının onun oğurluq yolu ilə yığdığı əmlakından xəbərsiz olması barədə dedikləri, bir az inandırıcı görünmür. Xatırladaq ki, Manvel Qriqoryanın oğlu Karen Qriqoryan atasının həbsindən sonra Eçmiədzinin bələdiyyə başçısı postundan istefasını elan edib.
Xatırladaq ki, Azərbaycan ictimaiyyəti Qriqoryanı hərbi cani kimi tanıyır. Onun Qarabağda törətdiyi qətliamlar, əsirlərə işgəncə verməsi, onları öz mülklərində qul kimi işlətməsi faktları bəllidir.O, özü də bu faktları gizlətməyib, əksinə, erməni KİV-lərinə müsahibələrində bunları qəhrəmanlığı kimi etiraf edib. Elə bu “qəhrəmanlıqlarına” görə də Ermənistanın “milli qəhrəmanı” adını alıb. Fikrimizcə,indi onun hərbi cani kimi Beynəlxalq Hərbi Cinayət Məhkəməsinə verilməsinin əsl vaxtıdır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info