“Vikipediya”da “Azərbaycan Xalq Cümhuriyyəti ayı”nın nəticələri təqdim edilib
Tarix: 20.06.2018 | Saat: 23:06:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunan tədbir keçirilib. “Vikipediya”da mövzulu ay” layihəsi çərçivəsində təşkil olunan tədbirdə kitabxana tərəfindən AXC-nin 100 illiyi ilə bağlı “Vikipediya”da görülən işlərin yekun nəticəsi təqdim edilib.
MEK-dən bildirilib ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli kitabxananın “Vikipediya” istiqamətindəki metodik mərkəz kimi rolundan, elm müəssisələri ilə birgə sistemli fəaliyyətindən danışıb: “Cümhuriyyət reallıqlarının öyrənilməsi, təbliği dövlətçiliyimizin qədrinin bilinməsidir ki, onun da mərkəzində azərbaycançılıq, millilik, vətənpərvərlik durur. MEK-in Vikipediya Metodik Mərkəzinin Cümhuriyyətin 100 illiyi ilə bağlı gördüyü işlər təqdirəlayiqdir”. İ.Həbibbəyli informasiya müharibəsinin mövcud olduğu bir dövrdə “elektron kitabxana” adlandırdığı “Vikipediya”nın güc mərkəzi kimi formalaşdırılmasının vacibliyini vurğulayıb. Azərbaycan xalqının “Vikipediya” könüllüsü olduğunu bildirən akademik deyib ki, bu istiqamətdə gənclərimizin üzərinə daha böyük yük düşür. MEK-in direktoru Leyla İmanova rəhbərlik etdiyi kitabxananın ölkəmizin informasiya təhlükəsizliyi və Azərbaycan həqiqətlərinin təbliği istiqamətində ardıcıl fəaliyyətindən, Vikipediya Metodik Mərkəzinin “AXC-100” mövzusuna verdiyi töhfədən danışıb. “Azərbaycan Xalq Cümhuriyyəti ayı”nın nəticələri ilə bağlı müsabiqənin qaliblərini təbrik edən L.İmanova MEK-in müvafiq istiqamətdə fəaliyyətini yüksək dəyərləndirib. O bildirib ki, “Vikipediya”da yer alan ölkə əhəmiyyətli informasiyalar, eləcə də AXC irsinə aid MEK-in fondlarındakı zəruri sənədlər rəqəmsallaşdırılaraq elektron kataloqda qeyd olunub və Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib. MEK Azərbaycan milli irsinin öyrənilməsinə dair UNESCO işçi qrupuna üzv qəbul edilib. Eyni zamanda, kitabxananın elektron kataloqunun formatı və quruluşu UNESCO işçi qrupunun ilkin reyestrləri üçün əsas kimi qəbul olunub. Məhəmməd Əmin Rəsulzadənin AXC ilə bağlı fikirlərini əks etdirən videoçarx göstərilib. MEK-in sərbəst elektron resurslarla iş şöbəsinin müdiri Elnur Hüseynov qeyd edib ki, Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən mövzu ilə bağlı 500-dən çox məqalə yaradılıb və əsaslı redaktə olunub. “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində MEK-in sərbəst elektron resurslarla iş şöbəsinin fəaliyyətini təqdim edən kitabxananın təlimlər bölməsinin rəhbəri Günay Məmmədova bildirib ki, mövzu ilə bağlı yaradılmış məqalələrdən 457-si “Azərbaycanca Vikipediya”da, 89-u isə “Xaricidilli Vikipediya”da işlənilib. Sonra “Azərbaycan Xalq Cümhuriyyəti ayı”nın nəticələri ilə bağlı müsabiqənin qalibləri elan olunub. Qaliblərə MEK tərəfindən fərqlənmə diplomu və Azərbaycan tarixinə, mədəniyyətinə aid qiymətli kitablar təqdim edilib. Sonda geniş müzakirələr aparılıb, ümumi rəyə əsasən, “Vikipediya”da yaradılan məqalələrdə Azərbaycanın milli maraqlarının qorunması, tarixi həqiqətlərinin düzgün, obyektiv çatdırılması üçün azərbaycançılığa söykənən vahid konsepsiyadan çıxış edilməsi dövrün zəruri tələbi kimi qəbul edilib.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info