Ağdaşda yeni körpələr evi-uşaq bağçası tikilir
Tarix: 21.06.2018 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Ağdaş rayonunda körpələrin daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları üçün lazımi tədbirlər görülür. Hazırda rayonda 80 yerlik yeni uşaq bağçası üçün bina inşa olunur. Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin sifarişi ilə tikinti işlərini podratçı təşkilat olan "XİM EKSPRES-2000" MMC həyata keçirir. Məlumata görə, sahəsi 692,08 kvadratmetr olan Ağdaş şəhər 8 saylı körpələr evi-uşaq bağçası bir korpusdan ibarətdir. Bağçanın korpusu iki mərtəbədən və zirzəmidən ibarətdir. Əsas binadan əlavə hər birinin həcmi 100 kubmetr olan iki ədəd su anbarı, nasosxana və qazanxana da tikilir. Bağçada oyun meydançası, çardaq da inşa edilir ki, bu da uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün olduqca vacibdir. Həmçinin əsas binada yataq otaqları, qrup oyun otaqları, qəbul otağı, texniki otaq, bufet, mətbəx, tibb kabineti, ütüləmə, qabyuma otağı da olacaq. Yeni körpələr evi-uşaq bağçasını ilin sonunda balaca fidanların istifadəsinə verilməsi nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info