Türk hərbi qüvvələri ABŞ-la razılaşma çərçivəsində Menbiçə daxil olub
Tarix: 21.06.2018 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Senatın qərarına baxmayaraq, Pentaqon bu gün iki ədəd “F-35” beşinci nəsil qırıcı-bombardmançı təyyarəsini Türkiyə tərəfinə təqdim edəcək
Türkiyə ABŞ-dan “F-35” təyyarələri alır. İlkin olaraq iki təyyarə sabah Texas ştatının Fort-Uert şəhərində keçiriləcək bir mərasimdə Türkiyə tərəfinə təqdim ediləcək. Bu barədə NTV kanalına müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Nazir qeyd edib ki, ABŞ Senatı Türkiyəyə “F-35” qırıcılarının satılmasına qarşı çıxsa da, təyyarələr Ankaraya təhvil veriləcək. Türkiyənin baş naziri Binəli Yıldırım Senatın bu addımının təəssüf doğurduğunu, bunun həm də strateji tərəfdaşlığa zidd olduğunu bildirib. Xatırladaq ki, Türkiyə ABŞ-dan 100 “F-35” beşinci nəsil qırıcı-bombardmançı almaq istəyir. Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ isə dünən bildirib ki, Ankara həmin təyyarələrin alınması ilə bağlı bütün öhdəliklərinə əməl edib və bu gün ilk təyyarələrin təqdim edilməsi nəzərdə tutulur. Baş nazirin müavini bildirib ki, ABŞ-ın İsraili bu məsələdə əsas göstərməsi Vaşinqtonun səmimi olmadığını göstərir. Digər tərəfdən keşiş Brunsonun azad edilməsinin tələb edilməsi açıq təhdiddir. Xatırladaq ki, Senatın qərarına baxmayaraq, ABŞ Müdafiə Nazirliyi bildirib ki, əvvəlcədən planlandığı kimi, iki ədəd “F-35” beşinci nəsil qırıcı-bombardmançı təyyarəsi bu gün Texasdakı hərbi bazada Türkiyə tərəfinə təqdim ediləcək. Pentaqon bununla bağlı təntənəli mərasim keçiriləcəyini də açıqlayıb. Ekspertlər qeyd edirlər ki, Senatın məlum qərarının qüvvəyə minməsi üçün lazım olan prosedur qaydaları bir neçə ay davam edəcək. Ona görə də bu müddət ərzində Pentaqonun Türkiyəyə qırıcılar satmasında hüquqi baxımdan heç bir maneə yoxdur. Ekspertlər qeyd edirlər ki, Pentaqonun Senatın qərarına baxmayaraq, qırıcıları Türkiyəyə təhvil vermə məsələsində tutduğu mövqe Ankara ilə olan razılaşmalardır. Türkiyə və ABŞ xarici siyasət idarələrinin rəhbərləri arasında keçirilən görüşdə Suriya ilə bağlı ortaq addımlar atılması razılaşdırılıb. Tərəflər arasında Suriya və İraqda keçirilən əməliyyatlarla bağlı da müəyyən razılaşmalar var. Türkiyənin PKK terrorçularının bazasına çevrilən Kandil dağına keçirdiyi əməliyyatlar da bu razılaşmanın tərkib hissəsini təşkil edir. Suriyanın Menbiç şəhəri ilə bağlı son günlər baş verən hadisələr də bunu təsdiqləyir. Məsələ ondadır ki, Türkiyə hərbçiləri Suriyanın şimalındakı Menbiç şəhərinin kənarına doğru irəliləyib. Türk hərbi qüvvələrinin ABŞ-la razılaşma çərçivəsində Menbiçin kənar məhəllələrinə daxil olduğu xəbər verilir. Eyni anda havada ABŞ helikopterləri uçmağa başlayıb. Qeyd edək ki, Menbiç PKK terror təşkilatının Suriya qolu PYD-YPG qruplaşmasının nəzarətində idi. Ərazidə ABŞ hərbi kontingenti də var. Türkiyə və ABŞ arasında əldə olunan razılığa əsasən PYD-YPG qüvvələri bölgədən çıxarılacaq və ərazidə iki müttəfiq ölkənin hərbçiləri keşik çəkəcək. Daha sonra ABŞ və Türkiyə Menbiçdə yerli idarəetmə orqanlarını formalaşdıracaq. Onu da qeyd edək ki, dünən Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunun Uzundere kəndində PKK terrorçularının raket atəşi nəticəsində iki hərbçi şəhid olub, biri yaralanıb. Yaralı əsgər xəstəxanaya çatdırılıb. Bölgədə antiterror əməliyyatları genişləndirilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info