Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 17-ci ili tamam olur
Tarix: 21.06.2018 | Saat: 15:02:00 | E-mail | Çapa göndər


Azərbaycanda cəmiyyət həyatının müxtəlif sahələrindəki münasibətlərin ən yüksək səviyyədə tənzimlənməsi üçün mükəmməl idarəçilik sisteminin qurulması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın XX əsrin əvvəllərində yenidən müstəqilliyini bərpa etməsindən sonra xalqımızın milli-mənəvi dəyərlərinə yenidən qayıdışı, unudulmaqda olan milli-mənəvi dəyərlərin yenidən dirçəldilməsi də məhz Ulu Öndərin yorulmaz fəaliyyətinin nəticəsi olmuşdur. Hələ sovetlər dönəmində milli-mənəvi, o cümlədən dini dəyərlərimizin qorunmasını müxtəlif mexanizmlərlə gerçəkləşdirən Ümummilli Lider Heydər Əliyevin müstəqillik dönəmində bu istiqamətdə yürütdüyü siyasət daha genişspektrli xarakterə malik olmuşdur. Ulu Öndər milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması ilə yanaşı, bu dəyərlərin ayrılmaz tərkib hissəsi olan tolerantlıq və humanizm ənənələrinin davam etdirilməsinə xüsusi diqqət yetirmişdir.
Məhz müstəqil Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması məqsədi ilə Ümummilli Lider Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Yarandığı dövrdən bəri Komitənin qarşısında böyük vəzifələr qoyulmuşdur. Dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini qurumların Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatının aparılması, dini qurumlara lazımi yardımın göstərilməsi, müxtəlif dini etiqadların dini qurumları arasında qarşılıqlı anlaşmanın və bir-birinə dözüm və hörmətli münasibətin möhkəmlənməsinə kömək edilməsi, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması üçün Dövlət Komitəsinin fəaliyyəti ildən-ilə gücləndirilmişdir.
Bu sahədə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan strateji xətt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Bu gün Azərbaycanda müxtəlif dini konfessiyaların fəaliyyəti üçün yüksək səviyyədə şəraitin yaradılması, dini məbədlərin – məscidlərin, kilsələrin, sinaqoqların dövlət vəsaiti hesabına tikilərək dindarların istifadəsinə verilməsi, dini maarifçilik işinin gücləndirilməsi məqsədi ilə dini icmalara maliyyə vəsaitlərinin ayrılması, Azərbaycanın tolerantlıq modelinin dünyaya təbliği məhz cənab Prezidentin bu sahəyə münasibətinin göstəricisidir. Bu mənada, Dövlət Komitəsi də diqqətdən kənarda qalmamış, son illərdə Dövlət Komitəsinin səlahiyyətləri artırılmış, bir çox istiqamətlərdə yeni səlahiyyətlər verilmişdir.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu, 09 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması milli-mənəvi dəyərlərimizə və mütərəqqi tarixi ənənələrimizə verilən yüksək qiyməti və dəstəyi bir daha nümayiş etdirməklə yanaşı, Dövlət Komitəsinin qarşısında mühüm vəzifələr və hədəflər qoymuşdur.
Artıq 17 ildir ki, fəaliyyət göstərən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu gün bu diqqət və qayğıdan bəhrələnərək işini günün tələbləri səviyyəsində qurmaqla, ölkəmizdə dini konfessiyalar arası münasibətləri ən yüksək səviyyədə tənzimləməkdədir. Dövlət Komitəsi bu gün nəinki bu sahədəki münasibətləri tənzimləyir, həmçinin, dini icmaların fəaliyyətinin yüksək səviyyədə təşkilinə çalışır.
Bu gün Dövlət Komitəsi təkcə ölkəmizdə deyil, ölkəmizdən kənarda da tolerantlıq və humanizm ənənələrinin təbliği üçün müxtəlif konfrans və simpoziumlar təşkil edir. Son dövrlər Dövlət Komitəsinin bu sahədəki fəaliyyəti daha da güclənmiş, milli-mənəvi dəyərlərin təbliği, qeyri-ənənəvi dini cərəyanlara və radikal qruplara qarşı ideoloji səddin yaradılması prioritetə çevrilmişdir.
Nəticə olaraq deyə bilərik ki, bu gün bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində də ölkəmizdə formalaşdırılmış model özünəməxsusluğu ilə seçilir və bu mexanizm ən mükəmməl formada fəaliyyət göstərməkdədir. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmizdə bütün dini konfessiyaların nümayəndələri birlik, bərabərlik, qardaşlıq şəraitində yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə ifadə etsək: “Bugünkü Azərbaycanı dini dözümlülük, tolerantlıq mühiti səciyyələndirir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info