Azərbaycanlı siyasətçinin İsveç qəzetlərində məqaləsi dərc olunub
Tarix: 21.06.2018 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


İsveçdə yaşayan gənc siyasətçi Turan Əliyevin yerli “Lokalpressen” və “Partille” qəzetlərində məqaləsi dərc olunub. Həftəlik 20 min tirajı olan hər iki qəzetdə məqalə “İnteqrasiya prosesinin getməsi yalnız toplumun məsuliyyəti deyil” sərlövhəsi ilə çap edilib.
Turan Əliyev məqalədə bildirib ki, cəmiyyətdə inteqrasiyanın olması yalnız cəmiyyətin cavabdehliyində deyil, həm də fərdin cavabdehliyindədir: “Cəmiyyət inteqrasiya üçün şərait yaratmalıdır, lakin inteqrasiya olmaq üçün əsas iş fərdin üzərinə düşür. İnteqrasiya olmaq istəyi olmadığı halda, milyonlar xərclənsə belə, bu, nəticəsiz qalacaq”.
Məqalədə qeyd olunur ki, gəlmələr İsveç mədəniyyətini daha çox yaxından öyrənməklə bu cəmiyyətin içində olmalıdır: “Amma bu, o demek deyil ki, vətənimizdən, mədəniyyəlimizdən irsimizdən, dilimizdən və yaxud dinimizdən imtina etməliyik. Ancaq biz İsveç cəmiyyəti ilə qarşılıqlı əlaqədə olduğumuz halda daha yaxşı inteqrasiya edə bilərik”.
Həmvətənimiz məqalənin sonunda inteqrasiyada uğur qazanmaq üçün öz tövsiyələrini də verib: “Sığınacaq axtaranlara məcburi sosial təhsil tətbiq edilməldir. Dil tədrisinin keyfiyyəti artırılmalıdır. Sığınacaq axtaranlara işləmək imkanı verilməldir”.
Xatırladaq ki, Turan Əliyev İsveçin Mərkəz Partiyasının (Centerparti) üzvüdür. O, 2018-ci ilin sentyabr ayında İsveçdə keçiriləcək parlament, bələdiyyə və region seçkilərində iştirak edəcək.

https://www.partilletidning.se/2018/06/det-ar-inte-bara-samhallets-ansvar-att-integrationen-fungerar/

Fuad




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info