700 bal toplayan abituriyent: “Seçimim BANM oldu”
Tarix: 21.06.2018 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


Müsahibimiz qəbul imtahanlarında 700 bal toplamış Əsra Bayramovadır:
- Əsra, özünüz haqda bir az danışın.
- Mən 2001-ci ilin avqust ayında Sumqayıt şəhərində anadan olmuşam və ailənin ilk övladıyam. Təbiət Elmləri Təmayüllü Gimnaziyanı bitirmişəm. Bütün fənlərə eyni dərəcədə maraq göstərmişəm, lakin sonradan dəqiq elmlərə daha çox üstünlük verməyə başladım. Riyaziyyat üzrə keçirilən olimpiadalarda daim iştirak edib müxtəlif nəticələr göstərmişəm. Bundan başqa, Sumqayıtda Bülbül adına  5 saylı Musiqi məktəbində fortepiano üzrə təhsil almışam, eyni zamanda şahmatla məşğul olmuşam.
- Qəbul imtahanında göstərdiyin uğura görə kimə təşəkkür edərdin?
 - Uğurumu valideynlərimə və müəllimlərimə borcluyam. Biliklərə yiyələnməyimdə və formalaşmağımda  daim onların dəstəyini hiss etmişəm.
- Əsra, ali məktəblər arasında niyə məhz BANM-i seçdiniz?
- Texniki elmlərə böyük marağım var. BANM isə bu elmləri ingilis dilində, eyni zamanda dünya standartlarına uyğun tədris edən yeganə ali məktəbdir. Həmçinin burada yalnız bilik səviyyəsi yüksək olan, imtahanlarda yüksək bal toplayan tələbələr cəmlənib. Tələbələr üçün yaradılan şəraitlə də tanış olduqdan sonra seçimimin BANM olduğunu təsdiq etdim.
- Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiniz?
- Sakit bir yerdə xarici ədəbiyyat oxumağı çox sevirəm. Bəzən fortepianoda da ifa edirəm.
 - BANM-i bitirdikdən sonra planlarınız nədir?
- BANM-i bitirdikdən sonra ixtisasım üzrə bilikli mütəxəssis olacağıma əminəm. Öz sahəm üzə biliklərimi uğurla tətbiq edərək həyatda öz yerini tapmış və təsdiqləmiş bir mühəndis olmaq istərdim.
- Sizcə, bir insanın uğur əldə etməsi üçün ona nə lazımdır?
- Düşünürəm ki, uğur əldə etmək üçün insana 3 şey lazımdır: hədəf, çalışqanlıq və özünə inam.
- BANM-də hansı ixtisası seçdiniz və həmin ixtisas nə ilə sizi özünə cəlb etdi?
- BANM-də seçdiyim ixtisas  “İnformasiya təhlükəsizliyi mühəndisliyi” oldu. Son dövrün ən aktual sahəsi olduğunu və gələcək perspektivini nəzərə alaraq bu sahəni seçməyə qərar verdim.
 - Əsra, sizdən sonra gələcək abituriyentlərə nə məsləhət edərdiniz?
- Abituriyentlərə demək istərdim ki, sistemli olaraq daim və davamlı olaraq çalışsınlar, yuxu rejimini isə pozmasınlar. Ən əsası isə özlərinə inansınlar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info