“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda dəyirmi masa keçirilib
Tarix: 21.06.2018 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universiteti Elmi kitabxanasında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı” mövzusuna həsr edilmiş dəyirmi masa keçirilib. Bu haqda universitetdən redaksiyamıza məlumat verilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, İslam mədəniyyəti nümunələri ilə zəngin olan Naxçıvan şəhəri 2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilən altıncı konfransında 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub. İslam mədəniyyətinin tarixində özünəməxsus yer tutan, müasir inkişafı ilə diqqəti cəlb edən, gündən-günə gözəlləşən Naxçıvanın həm də qədim sivilizasiyanın beşiyi olmasını diqqətə çatdıran rektor dünən iyunun 20-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in möhtəşəm açılış tədbirindən danışıb.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli bildirib ki, vaxtilə dağılıb sıradan çıxmış çoxlu sayda müxtəlif təyinatlı tarix-mədəniyyət abidəsi Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin diqqət və qayğısı ilə bərpa olunaraq əvvəlki görkəminə salınıb, onlara yeni həyat verilib, tədqiqi və təbliği sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilib. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamına uyğun olaraq son illər muxtar respublikada 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə qeydə alınaraq pasportlaşdırılıb. Son illərdə muxtar respublikada bir sıra yaşayış məskənlərində mövcud olan məscidlərin və ziyarətgahların əvvəlki tarixi görkəminə qaytarıldığını deyən AMEA-nın müxbir üzvü vurğulayıb ki, bir sıra kəndlərdə dini ibadətgahlar tikilərək istifadəyə verilib. Bu gün muxtar respublikada 209 məscid fəaliyyət göstərir. Bu məscidlərdən 72-si yeni tikilib. 95 məscid və 23 pir isə yenidən qurulub və ya bərpa olunub. Qeyd olunub ki, Möminə xatın və Gülüstan türbələrinin,  Xanəgah Memarlıq Kompleksinin, Ordubad Qeysəriyyəsinin, Came məscidinin, Şərq hamamının, Zaviyyə-Mədrəsə binasının, Xan sarayının, Qarabağlar Türbə Kompleksinin,Yengicə hamamının, imamzadələrin və buzxanaların tarixi görkəmi özünə qaytarılmaqla abidələrdən 70-ə yaxını tarixiliyi saxlanılmaqla bərpa olunub. Şəhərin İslam Mədəniyyətinin Paytaxtı seçilməsində həm də son illərdə Naxçıvanda reallaşan mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin, burada dövlət başçılarının görüşlərinin təşkili və bu sahədə qazanılan təcrübənin də müsbət təsirə malik olduğu diqqətə çatdırılıb.
Tələbə və müəllimlərin mövzu ilə bağlı sualları cavablandırılıb, təklif və tövsiyyələr dəyərləndirilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info