Nana Muradyan: ” Oğlumu yanacağın necə oğurlanaraq satıldığını gördüyünə görə öldürdülər”
Tarix: 21.06.2018 | Saat: 21:50:00 | E-mail | Çapa göndər


«ArmenianReport»: ” Ordudakı soyğunçuluqda keçmiş müdafiə naziri Seyran Ohanyanın əli var”

"Biz uzun illər idi ki, ordudakı soyğunçuluqdan danışırdıq, amma sözlərimizi qulaqardına vururdular. Mənim övladımı ordudakı yanacağın necə oğurlanaraq satıldığını gördüyünə görə öldürdülər. Şahid kimi aradan götürdülər. Lakin o, ilk şahid deyildi». Bu sözləri «1in.am» saytına dinc şəraitdə ölən əsgər Valeri Muradyanın anası Nana Muradyan Manvel Qriqoryanın əməllərini şərh edərkən bildirib. Onun sözlərinə görə, təkcə Manvel Qriqoryan cəzalandırılmamalıdır. Baş qərargah rəisi Movses Akopyan, keçmiş nazirlər Seyran Ohanyan və Viqen Sarkisyan və son olaraq Serj Sarkisyan da bu cəzadan kənarda qalmamalıdırlar. Çünki bütün bu talanın başında məhz onlar dayanıblar. Erməni əsgər anası oğlunun ölümünə bais olanların da, bu cəzadan kənarda qalmayacağına əmindir.
Qeyd edək ki, biz dünənki yazımızda da Ermənistanda Manvel Qriqoryanın aqibətilə çoxlarının üzləşəcəyi barədə xəbərdarlıq etmişdik. «ArmenianReport» saytında yer alan yazı xəbərdarlığımızın əsassız olmadığını göstərir. Hər şeydən əvvəl bildirək ki, Manvel Qriqoryan və onun ətrafının talançılığı, nə qədər qəribə də olsa, indi onu «tənqid edən» və bütün bu «yaşananlardan xəbərsiz olan» Seyran Ohanyanın erməni ordusuna rəhdərlik etdiyi dövrə düşür. İndi bütün bunlardan xəbərsiz olduğunu iddia edən sabiq müdafiə nazirinin gətirdiyi bəhanələri əsassız sayan sayt yazır: «Əlbəttə, Ohanyanın gətirdiyi bəhanələr inanılası deyil və təbii ki, heç kim də buna inanmaz. Çünki bütün bunlar hərbi nazir Viqen Sarkisyanın vaxtında yaşansaydı, haradasa buna inanmaq olardı, yəni onun sui-istifadə və böyük miqyaslı korrupsiya barədə bilmədiyi qənaətinə gəlmək olardı. Sonuncu, məlum olduğu kimi, Müdafiə Nazirliyinin hərbi işlərilə heç bir əlaqəsi olmayan, təsadüfi bir adam idi və o vəzifəsi üçün heç bir şey etməmişdi.
Lakin 8 il Müdafiə Nazirliyinə rəhbərlik edən bir şəxsin burada tüğyan edən korrupsiya sxemlərini bilməməsi inanılası deyil. Axı, Seyran Ohanyanın nazir olduğu ərəfədə müavini Manvel Qriqoryanla kölgəli işlərilə bağlı söz-söhbətlər artıq ayaq açıb yeriməyə başlamışdı. Həmin ərəfədə çoxları Seyran Ohanyanın tabeçiliyində olanların, məsələn, Manvel Qriqoryanın günahlarına göz yumduğunu bilirdi. Məhz Ohanyanın nazir olduğu illərdə erməni ordusunda korrupsiya çiçəklənməyə başlamış və ordunun polkovnik və generalları Ermənistanda ən zəngin insanlara çevrilmişdilər. Bunu Ohanyan çox yaxşı bilirdi. Onun tabeçiliyində olanların nə qədər zənginləşdiyini, Manvel Qriqoryanın əsgərlərin yemək payını necə oğurladığını da yaxşı görürdü.
Bütün bunlarla yanaşı, Ohanyanın Manvel Qriqoryandan da çox koorupsiyaya qurşandığını Ermənistanda həm Milli Təhlükəsizlik Xidməti, həm də prokurorluq yaxşı bilirdi. Lakin o, prezident Sarkisyana yaxın olduğundan və mütəmadi olaraq gəlirlərdən ona pay ötürdüyündən, ona toxuna bilmirdilər. Bundan əlavə, Ohanyan ölkənin Müdafiə Nazirliyini talasa da, Sarkisyan administrasiyası, Respublikaçı Partiyası onu həm müxalifətdən, həm də müstəqil mediadan qətiyyətlə müdafiə edirdi».
Saytın yazdığına görə, erməni ordusundakı yaşantılardan ölkə başçısı Sarkisyanın xəbərdar olmaması gülünc görünür. Bununla yanaşı, İrəvanda «Erkrap»ın reketçilik fəaliyyətinə də diqqət yetirmirdilər. Çünki «Sarkisyan rejimi bu cür qeyri-rəsmi yarımilitar təşkilatlara, rəqibləri ilə mübarizə aparmaq və insanları qorxutmaq üçün, böyük bir ehtiyac duyurdu».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info