Azərbaycan-Əlcəzair əlaqələrinin inkişafı üçün yaxşı imkanlar var
Tarix: 22.06.2018 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Baş nazir Novruz Məmmədov Əlcəzair Xalq Demokratik Respublikasının ədliyyə naziri Tayeb Louhun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Azərbaycan ilə Əlcəzair arasında yaxşı əlaqələrin mövcud olduğunu deyən Baş nazir Novruz Məmmədov bu səfərin münasibətlərimizin daha da genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib. Novruz Məmmədov yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb və ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Azərbaycanın Baş naziri iqtisadiyyatın bir sıra istiqamətlərində, o cümlədən energetika, turizm, sənaye və digər sahələrdə əlaqələrin daha da inkişafı üçün yaxşı imkanların olduğunu bildirib. Hüquqi sahədə inkişaf edən münasibətlərimizdən danışan Baş nazir Azərbaycanın və Əlcəzairin Ədliyyə nazirlikləri arasında ötən il imzalanmış Anlaşma Memorandumunun qarşılıqlı fəaliyyətin genişləndirilməsinə yaxşı imkan yaratdığını söyləyib. Novruz Məmmədov Əlcəzair nümayəndə heyətinin bu səfəri çərçivəsində imzalanmış ekstradisiya haqqında dövlətlərarası müqavilənin ölkələrimiz arasında hüquqi bazanın möhkəmlənməsi baxımından önəmini qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Baş nazir Novruz Məmmədov deyib ki, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birini dəstəkləməsi böyük önəm kəsb edir. Əlcəzairin ədliyyə naziri Tayeb Louh Bakıya səfərindən məmnunluğunu ifadə edib, göstərilən qonaqpərvərliyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. O, Azərbaycanda uğurla keçirilən prezident seçkilərinə və dövlət başçısı İlham Əliyevin seçkilərdə qazandığı inamlı qələbəyə görə təbriklərini çatdırıb. Tayeb Louh Əlcəzair nümayəndə heyətinin Azərbaycana səfərinin və imzalanmış müqavilənin ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini bildirib. Görüşdə əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info