Belarusla əlaqələr bütün sahələrdə inkişaf edir
Tarix: 22.06.2018 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Xarici işlər naziri Elmar Məmmədyarov Minskdə keçirilən Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin iclasında iştirakı çərçivəsində belaruslu həmkarı Vladimir Makey ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir Elmar Məmmədyarov səfər əsnasında ona və nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. Nazirlər bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunmasına toxunaraq ötən illər ərzində Azərbaycan ilə Belarus arasında qarşılıqlı anlaşmaya və etimada əsaslanan dostluq və tərəfdaşlıq münasibətlərinin qurulduğunu məmnunluqla vurğulayıblar. Görüşdə ölkələrimiz arasında yüksək səviyyəli dialoq təqdir edilib, dövlət başçılarının iradələrinə uyğun olaraq ikitərəfli əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib. İkitərəfli əməkdaşlığın ruhuna uyğun olaraq ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyi qeyd olunub, qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb. Nazirlər, həmçinin beynəlxalq və regional gündəliyə aid məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Sosial şəbəkələrdə müxalifətin çağırışlarına maraq yoxdur
17.01.2019
Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı: dünyanın enerji xəritəsində yeni hadisə
17.01.2019
Elmar Məmmədyarov “İnterfaks” agentliyinə eksklüziv müsahibə verib
17.01.2019
Baş Narkotiklərlə Mübarizə İdarəsində müşavirə keçirilib
17.01.2019
Konsulluqla bağlı bəzi məsələlərin “ASAN xidmət”ə verilməsi müraciətlərin operativ həllini təmin edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info