Pansionatda kimsəsiz qocalar arasında idman yarışı təşkil edilib
Tarix: 22.06.2018 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


“Ahıllara və Tənhalara Dəstək” ictimai birliyi Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatda məskunlaşan kimsəsiz qocalar arasında stolüstü idman oyunları üzrə yarış təşkil edib. İdman yarışı “Yaşlı insanlar üçün sosial adaptasiya və dəstək proqramı” layihəsi çərçivəsində baş tutub. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.
Yarışdan öncə təşkil olunan tədbirdə çıxış edən Pansionatın direktoru Qətibə Əsədova bu cür tədbirlərin keçirilməsinin vacibliyini qeyd edərək bildirib ki, pansionat sakinlərinin istirahətinin səmərəli keçirlməsi onlarının əhval ruhiyyəsinə müsbət təsir göstərir.
Xüsusən bu tədbirlərin müxtəlif qurumlar tərəfindən təşkil olunması yeni ünsiyyətlərin və əlaqələrin meydana gəlməsinə səbəb olur.
Daha sonra çıxış edən “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova çıxış edərək, layihə haqqında məlumat verib. Təşkilat sədri bildirib ki, layihənin məqsədi yaşlı nəslin nümayəndələrinin yaradıcılıq bacarıqlarının təqdim edilməsi, cəmiyyətə yaşlı insanlara qayğının vacibliyinin aşılanması, yaşlı insanların asudə vaxtının təşkil olunmasından ibarətdir.
Şahmat, nərd və dama üzrə keçirilən yarışda 20 yaşlı insan iştirak edib.
Hər qrup üzrə birinci yerin sahiblərinə qiymətli hədiyyələr, iştirakçılara isə hədiyyələr təqdim olunub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info