ADPU-da “Erkən nikahlara yox!” mövzusunda sərgi keçirilib
Tarix: 22.06.2018 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının “Pedaqoqlar” ilk ərazi partiya təşkilatının Qadınlar Şurasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə universitetdə “Erkən nikahlara yox!” mövzusunda sərgi keçirilib. Tədbirdə İnzibati və iqtisadi işlər üzrə prorektor Ümid Mehdiyev, YAP-ın Səbail rayon təşkilatının “Pedaqoqlar” ilk ərazi partiya təşkilatının sədri, professor Himalay Qasımov, Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov, həmin fakültənin dekan müavini, dosent Mətanət Əsgərova, İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, Ümumi psixologiya kafedrasının müdiri, professor Ramiz Əliyev, Şimali Kipr Türk Respublikasından gəlmiş tanınmış rəssam Selvi Sertdemir, "Ümidli Gələcək" Gənclər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova iştirak ediblər. Öncə sərginin rəmzi açılışını bildirən lent kəsilib.
Tədbiri  giriş sözü ilə açan fakültənin dekanı, dosent Laçın Həsənova mövzunun aktuallığını qeyd edərək sözü Selvi Sertdemirə verib. Selvi Sertdemir öz fəaliyyəti barədə və erkən nikahların təhsilə, sağlamlığa mənfi təsirləri haqqında geniş danışıb. Qeyd edək ki, Selvi Sertdemir 1963-cü ildə Türkiyə Respublikasının Konya şəhərində anadan olub. Şimali Kipr Türk Respublikasının vətəndaşıdır. Həmin ölkədə SOS Uşaq Şəhərciyində işləyir. O, rəssam olmaqla yanaşı, “Uşaqların inkişafı” ixtisası üzrə mütəxəssisdir. Müxtəlif beynəlxcalq sertifikatlara layiq görülüb. 2015-ci və 2016-cı illərdə İzmir Xəbər Agentliyinin “İlin ən yaxşı rəssamı” və SOS Uşaq Kəndinin “İlin ən yaxşı anası” mükafatları ilə təltif olunub. “Beynəlxalq Sosial Məsuliyyət ART” layihəsi çərçivəsində müxtəlif ölkələrdə “Erkən nikahlara yox!” mövzusunda çoxlu sərgilər keçirib.
YAP-ın Səbail rayon təşkilatının “Pedaqoqlar” ilk ərazi partiya təşkilatının sədri, professor H.Qasımov çıxışında fakültənin rəhbərliyinə, müəllim və tələbələrinə sərginin təşkil olunmasına görə təşəkkür edib. Qeyd edib ki, fakültə sosial fəallığına görə universitetdə seçilir. Professor H.Qasımov fakültənin əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 
Ümumi psixologiya kafedrasının müdiri, professor Ramiz Əliyev çıxışında sərginin mövzusunun və nümayiş olunan rəsm əsərlərinin  maraqlı olduğunu bildirib və növbəti sərgilərin milli dəyərlərə, sağlam ailəyə həsr olunmasını təklif edib.
Sonra  Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin rəhbərlik etdiyi  fakültənin birləşmiş xoru  fakültənin himnini, Nailə Mirməmmədlinin bəstələdiyi "Uşaqlar ağlamasın" mahnısını və turk bəstəsini  ifa ediblər. Bədii hissədən somra iştirakçılar Selvi Sertdemir, Təsvir incəsənət və onun tədrisi metodikası kafedrasının müəllimi Bənövşə Ağayevanın, Vəfa Allahyarovanın və fakültə tələbələrinin rəsm əsərləri ilə tanış olublar.
Tədbirdə fakültənin fəal tələbələri diplomlarla təltif olunublar. Həmçinin Selvi Sertdemir fakültənin dekanı, dosent Laçın Həsənovaya, fakültənin müəllimləri Bənövşə Ağayevaya, Vəfa Allahyarovaya  və tələbələrinə diplomlar təqdim edib. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info