Maykl Aksvörtinin “Nadir şah” əsərinin Azərbaycan dilində nəşrinin təqdimatı olub
Tarix: 22.06.2018 | Saat: 21:19:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) dövrümüzün tanınmış ingilis şərqşünası Maykl Aksvörtinin “Nadir şah” kitabının Azərbaycan dilinə tərcüməsinin təqdimatı keçirilib. Tədbir AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən təşkil edilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Qərbdə böyük maraqla qarşılanan və akademik dairələrin diqqətini cəlb edən bu əsərin Azərbaycan dilində nəşrinin siyasi tariximizin parlaq simalarından biri hesab edilən Nadir şah Əfşarın dövlətçilik fəaliyyətinə və şəxsiyyətinə dair çox dəyərli mənbə olduğunu vurğulayıb. İ.Həbibbəyli kitabın elmi redaktoru, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin geniş “Ön söz”ündə əsərə və Nadir şah şəxsiyyətinə elmi səviyyədə yüksək qiymət verildiyini bildirib. AMEA-nın vitse-prezidenti akademik Ramiz Mehdiyevi görkəmli alim və dövlət xadimi kimi xarakterizə edib. Akademik Ramiz Mehdiyevin dövlətçilik tariximizdə gördüyü işlərdən danışan İ.Həbibbəyli onun əsərlərinin sanballı, elmimiz və milli mənəvi dəyərlərimiz üçün böyük əhəmiyyət daşıdığını söyləyib. Qeyd edilib ki, akademik Ramiz Mehdiyev Heydər Əliyev məktəbinin yetişdirib formalaşdırdığı görkəmli dövlət xadimidir. O, həyatının böyük hissəsini Ulu Öndərin silahdaşı kimi dövlətçiliyimizin möhkəmlənməsinə sərf edib. Bu gün də akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edən ölkəmizə, dövlətçiliyimizə xidmət göstərməkdədir. O, eyni zamanda, mükəmməl bir akademik düşüncəyə sahib olan görkəmli elm xadimidir. İ.Həbibbəyli tariximizin ilkin mənbədən öyrənilməsi baxımından kitabın əhəmiyyətini vurğulayıb, bu əsərin tariximizin obyektiv öyrənilməsi və gənclərdə vətənpərvərlik hissinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını deyib.
İ.Həbibbəyli görkəmli alim, akademik Ramiz Mehdiyevin son illər bir-birinin ardınca nəşr etdirib geniş ictimaiyyətə çatdırdığı “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix”, “Şah İsmayıl Səfəvi: tarixi-diplomatik sənədlər toplusu”, “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitablarını Azərbaycan tarixinin qaranlıq səhifələrini işıqlandıran, onu sənədlər əsasında tədqiq edən xüsusi elmi nümunələr kimi səciyyələndirib. Qeyd edilib ki, “Nadir şah” kitabında elmi redaktorun apardığı təhlil və müqayisələr bu böyük şəxsiyyəti dövlət hakimiyyətinə gətirən yolun aydın qavranılmasına kömək edir.
AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova “Nadir şah” kitabının Azərbaycan tarixşünaslıq elminə dəyərli töhfə olduğunu, müəllifin zəngin mənbələrə əsaslandığını söyləyib. Qeyd edilib ki, akademik Ramiz Mehdiyevin tarixi mövzuda qələmə aldığı bütün əsərlər təqdirəlayiqdir və istiqamətverici monoqrafik araşdırmalardır. N.Axundova müəllifin Osmanlı, İran, Rusiya mənbələrindən geniş istifadə etdiyini, həmçinin xalq arasında Nadir şahla bağlı lətifələrin də əsərdə əksini tapdığını deyib. O, kitabın ilk dəfə 2006-cı ildə Avropada çapdan çıxdığını və Qərbdə qəddar sərkərdə kimi təqdim edilən Nadir şaha qarşı düşüncənin dəyişməsində mühüm rol oynadığını söyləyib.
AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov hər bir xalqın tarixinə sahib çıxmasının vacibliyini vurğulayıb. O, akademik Ramiz Mehdiyevin Azərbaycanın tarixi ilə bağlı məsələləri daima diqqətdə saxladığını, Səfəvilər dövləti, Azərbaycan Xalq Cümhuriyyəti, eləcə də ermənilər tərəfindən soydaşlarımıza qarşı törədilən soyqırımlara dair sanballı əsərlər ərsəyə gətirdiyini bildirib.
Y.Mahmudov Nadir şahın Qərb dairələrində qəddar kimi qələmə verilməsinin doğru olmadığını, əksinə imperiyada yaşayan vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün bir çox humanist addımlar atdığını diqqətə çatdırıb.
Y.Mahmudov Nadir şahın Azərbaycanın bütövlüyünü təmin edən və sərhədlərini genişləndirən bir hökmdar olduğunu, məzhəb ayrılığı salmağa çalışan qüvvələrə qarşı daim mübarizə apardığını və dini birlik yaratdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, eyni zamanda, son vaxtlar bəzi qüvvələrin Azərbaycanın görkəmli şəxsiyyətlərinin üzərinə kölgə salmağa yönəlmiş cəhdlərini pisləyib, təqdimatı keçirilən kitabın belələrinə tutarlı cavab olduğunu vurğulayıb.
Tarix İnstitutunun direktoru qeyd edib ki, Nadir şah Əfşar yaxın–uzaq ölkələrlə münasibətlərin qurulması istiqamətində geniş fəaliyyət göstərib. Nadir şah Azərbaycan ərazilərini genişləndirən, idarəçiliyin müxtəlif sahələrində fərqli strategiya yürüdən bir hökmdar və sərkərdə olub. Onun şəxsiyyətinə yönələn diqqət də məhz bu tarixi xidmətlərindən qaynaqlanır.
AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva təqdimat mərasimi keçirilən kitaba akademik Ramiz Mehdiyev tərəfindən yazılmış elmi redaktə hissəsini, əslində dərin elmi tədqiqatı Nadir şah Əfşar şəxsiyyətinə və yaratdığı dövlətə yeni konseptual baxış kimi qiymətləndirib, onun milli tariximizin obyektiv araşdırılmasında əvəzsiz rol oynadığını və Azərbaycan xalqının strateji maraqlarından irəli gəldiyini vurğulayıb. Şərqşünaslıq İnstitutunun elmi şurasının qərarı ilə nəşr edilən kitabda maraqlı tarixi məlumatların, təsvir və sxemlərin əks olunduğu da diqqətə çatdırılıb.
Təqdimat mərasimində, həmçinin Şərqşünaslıq İnstitutu direktorunun müavini, akademik Şahin Mustafayev, bu elm müəssisəsinin İran tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, dosent Vidadi Mustafayev, Cənubi Azərbaycan şöbəsinin müdiri, dosent Səməd Bayramzadə, Fəlsəfə İnstitutu direktorunun elmi işlər üzrə müavini Eynulla Mədətli çıxış edərək kitabın əhəmiyyətindən danışıblar. Çıxışlarda vurğulanıb ki, akademik Ramiz Mehdiyevin tarixi və fəlsəfi əsərləri Azərbaycan ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında alimlərimizə doğru yol göstərir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info