“Mattersburq” Ramil Şeydayevin yolunu gözləyir
Tarix: 22.06.2018 | Saat: 23:24:00 | E-mail | Çapa göndər


Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin “Mattersburq”a keçidi reallaşmaq üzrədir. Elita təmsilçisi “Qarabağ”ın sabiq üzvünü təqdim etməyə hazırlaşır. “Mattersburq” Şeydayev də daxil olmaqla 6 futbolçunu birdən ictimaiyyətə təqdim etməyi planlaşdırır. Onunla yanaşı, Marko Kvasina (“Tvente”), Patrik Salomon (“Altax”), Yefte Betankor (“Stadl-Paura”), Daniel Kerşbaumer (“Linz”) və Andreas Kuen (“Rapid”) Avstriya klubu ilə müqavilə imzalayacaq. Adıçəkilən 5 oyunçunun hamısı “Mattersburq”a azad agent kimi qoşulacaq. Yalnız Şeydayevin hansı yolla transfer olunacağı açıqlanmayıb. Çünki gənc forvard müqavilə ilə “Trabzonsport”a məxsusdur. Ancaq klub rəhbərliyi məsələni həll olunmuş hesab edir. “Mattersburq” bu transferləri rəsmiləşdirdikdən sonra yarımmüdafiənin sağ cinahı üçün axtarışları sürətləndirəcək. Baş məşqçi Gerald Baumqartner bu mövqeyə bir neçə namizədlərinin olduğunu və axtarışlarının davam etdiyini açıqlayıb.




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
“Mançester Siti” Emerik Laport ilə yeni müqavilə imzalayıb
22.02.2019
Rusiya Futbol İttifaqının yeni prezidenti məlum oldu
22.02.2019
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib
22.02.2019
“Barcelona arzularımın komandasıdır”
22.02.2019
UEFA Avropa Liqası: “Fənərbaxça“ turnirdə mübarizəni dayandırıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info