“Cənub Qaz Dəhlizi enerji sahəsində əməkdaşlıq üçün geniş imkanlar açır”
Tarix: 22.06.2018 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


Elmar Məmmədyarov: “İşğal faktının davam etməsi regional sülh və təhlükəsizliyə ciddi təhdiddir”

“Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi nəqliyyat və uzlaşma sahəsində Avropa İttifaqı ilə əməkdaşlıq kontekstində mühüm imkanlar yaradır”

Xarici işlər naziri Elmar Məmmədyarov dünən Belarusun paytaxtı Minskdə Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə çıxış edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir çıxışında Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında əlaqələrin inkişafı və “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq məsələlərinə toxunub. O qeyd edib ki, 2017-ci il Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişafında dönüş ili olub. O, bu xüsusda Azərbaycan Prezidentinin Brüsselə səfərini xatırladıb, Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair saziş üzrə danışıqların başladığını bildirib. Elmar Məmmədyarov “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində uzlaşma, nəqliyyat, enerji və İKT sahələrində əməkdaşlıq məsələlərinə də toxunub. Nazir Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsinin nəqliyyat və uzlaşma sahəsində Aİ ilə əməkdaşlıq kontekstində mühüm imkanlar yaratdığını deyib. O, həmçinin Cənub Qaz Dəhlizinin açılış mərasiminin keçirildiyini, TANAP layihəsinin artıq başa çatdığını, TAP layihəsi üzrə işlərin isə qrafikə uyğun getdiyini bildirib. Nazir Cənub Qaz Dəhlizinin enerji sahəsində əməkdaşlıq üçün geniş imkanlar açdığını diqqətə çatdırıb. Xarici işlər naziri Aİ ilə Azərbaycan arasında vizaların liberallaşdırılması məsələsindən danışaraq tərəflər arasında bu sahədə də əməkdaşlıq perspektivlərinin olduğunu vurğulayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi real təhlükəsizlik təhdidlərinin “Şərq Tərəfdaşlığı” çərçivəsində əməkdaşlığa ciddi xələl gətirdiyini vurğulayan nazir deyib ki, işğal faktının davam etməsi regional sülh və təhlükəsizliyə ciddi təhdid yaradır: “Ermənistanın xarici işlər naziri sülhdən danışırsa, o zaman Ermənistan təhlükəsizliklə də bağlı öhdəlik daşımalı və öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır. Dağlıq Qarabağ münaqişəsi kimi real təhdidlər “Şərq Tərəfdaşlığı” çərçivəsində əməkdaşlığa ciddi xələl gətirir”. Nazir bildirib ki, Azərbaycan Aİ ilə əlaqələrə, “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində insanlar arasında təmaslara xüsusi diqqət yetirir. Bu xüsusda o, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında əlaqələrin təşviq edilməsinin vacibliyini vurğulayıb, vaxtilə bu kimi uğurlu layihələrin həyata keçirildiyini deyib. E.Məmmədyarov Azərbaycan ilə Aİ arasında “Şərq Tərəfdaşlığı” çərçivəsində bundan sonra da əlaqələrin inkişaf edəcəyini diqqətə çatdırıb.

Anar


OPEC: Neft tələbatı ikinci rübdə birinci rübdəkindən gündəlik 2 milyon barel çox olacaq


Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) IX iclası keçirilib.
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun da iştirak etdiyi iclasda çıxış edən Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri, Birgə Monitorinq Komitəsinin sədri Xalid Əbdüləziz Al Falih Vyananın çox tarixi bir həftəyə ev sahibliyi etdiyini deyib. Bildirib ki, JMMC həm istehsalçılar, həm də istehlakçıların xeyrinə bazar sabitliyini inkişaf etdirmək üçün mühüm nəticələr verən səylərini davam etdirir: “Müzakirələrimiz bazarda neft təklifinə dair çatışmazlığın yarandığı dövrə təsadüf edir və bu, son 5-7 ilin orta göstəricisindən aşağı düşən neft ehtiyatları fonunda baş verir. Əsas istehlakçı ölkələrin OPEC və tərəfdaşlarının qərar qəbul edərkən bu vacib amili nəzərə almaları üçün çağırışlar var”.
O qeyd edib ki, ötən yarım il ərzində üzv ölkələrin öhdəliyə sadiqliyi 100 faizdən çox olub və nəticədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) ehtiyatları təxminən 370 milyon barel azalıb. Bu ilin ikinci rübündə neft tələbatı birinci rüblə müqayisədə gündəlik 2 milyon barel çox olacaq: “Son iki il ərzində ümumi tələbatın həcmi 3 milyon bareldən çox artıb, təklif isə gündəlik 2,8 milyon barel azalıb. OPEC-in analizi göstərir ki, heç bir tədbir görmədiyimiz halda, ilin ikinci yarısında tədarükün həcmi gündəlik 1,7 milyon barel artacaq və OECD üzrə ehtiyatlar da daha 300 milyon barel azalacaq. Bu, artan neft tələbatına mənfi təsir göstərə bilər. ABŞ-da şist nefti istehsalında əsas rol oynayan “Permian” boru kəmərləri infrastrukturu və resurs çatışmazlığı səbəbindən əhəmiyyətli dərəcədə aşağı təzyiqə məruz qalmaqdadır. Yəni bu maneələr aradan qaldırılana qədər ABŞ-da şist neftinin istehsalının artması qarşıdakı iki il ərzində əhəmiyyətli dərəcədə yavaşlayacaq”.
Qeyd edək ki, Azərbaycanın energetika naziri OPEC Nazirlər Şurasının iyunun 23-də keçiriləcək 174-cü iclası çərçivəsində OPEC və qeyri-OPEC nazirlərinin 4-cü iclasına da qatılacaq.
Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Ötən il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində təşkilata üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub. Gündəlik neft hasilatının 834 min barel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan istehsalı sutkada 35 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi ötən müddətdə tam yerinə yetirib.

Nigar



Suriyada yaşayış məntəqəsi bombalanıb

ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyanın Deyr-əz-Zor vilayətindəki Əş-Şəəfa yaşayış məntəqəsinə aviazərbələr endirib. SANA-nın xəbərinə görə, hücum nəticəsində dinc sakinlərin evləri dağıdılıb. Hökumət qüvvələrinin Homs əyalətindəki mövqelərinə də zərbələr endirildiyi bildirilir. Məlumata görə, aviazərbələr suriyalıların ABŞ ordusuna məxsus 3 hərbi avtomobilə atəş açdıqdan sonra endirilib. Qeyd edək ki, ABŞ və Suriya hərbçilərinin quruda bu tip toqquşması ilk dəfə baş verib.


Tramp-Putin görüşü iyulda baş tuta bilər

ABŞ prezidenti Donald Tramp iyulda rusiyalı həmkarı Vladimir Putinlə görüşə biləcəyini bildirib. Bu barədə “Blumberq” agentliyi məlumat yayıb. “İyulda Putinlə görüşmək imkanını nəzərdən keçirirəm”, - deyə Tramp qeyd edib. Tramp bundan əvvəl dəfələrlə Rusiya prezidenti ilə görüşmək niyyətində olduğunu bildirib. ABŞ prezidenti “Fox News” telekanalının efirində tezliklə rusiyalı həmkarı ilə görüşəcəyini bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov RF-ABŞ liderlərinin mümkün görüşünə dair hələlik razılıq əldə olunmadığını bildirib. Bu arada bəlli olub ki, Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Moskvaya səfər edəcək. Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Qarret Markuis “Tvitter” səhifəsində bildirib. Onun sözlərinə görə, səfərin məqsədi D.Trampın rusiyalı həmkarı Vladimir Putinlə mümkün görüşünü müzakirə etməkdir. Onun sözlərinə görə, C.Boltonun Rusiyaya səfəri iyunun sonuna planlaşdırılıb.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Mədət Quliyevə general-polkovnik rütbəsi verildi
26.09.2018
“Cənub Qaz Dəhlizi” layihəsində ABŞ hökumətinin rolu bizim bu regiona marağımızı vurğulayır”
26.09.2018
“Akşam.com.tr”: “Azərbaycan milli silahlarına ASELSAN dəstəyi”
26.09.2018
“Azərbaycandan kənarda yaşayan soydaşlarımız öz qüvvələrini toplamalıdırlar”
26.09.2018
“Biz Ukraynada Yuri Qaqarin də olsaq...”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info