Bilik Fondu Folklor İnstitutunda
Tarix: 23.06.2018 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


Prezident yanında Bilik Fondu Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda “Azərbaycan-Misir mədəni əlaqələrinin keçmişi, bu günü və perspektivləri” mövzusunda görüş təşkil edib. İnstitut əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri, səfirliyin mədəniyyət attaşesi Əhməd Sami Elaydinin mühazirəsi dinlənilib. AMEA-nın Folklor İnstitutunun rəhbərliyi və kollektivinin, Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənovun iştirakı ilə baş tutan tədbirdə institutun direktoru, professor Muxtar İmanov xalqlar arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında folklor mədəniyyətinin oynadığı roldan danışıb. Qeyd edib ki, əksər xalqların folklor nümunələrində bir çox oxşar cəhətlər var. Ə.Elaydi çıxışında təmsil etdiyi ölkənin qədim mədəniyyəti, Misir-Azərbaycan əlaqələrinin tarixi və bu əlaqələrin inkişaf mərhələləri barədə ətraflı məlumat verib. Tədbirdə qonağa Folklor İnstitutunun Azərbaycan folklorunun incilərindən ibarət hədiyyə dəsti təqdim olunub.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info