“Sevindirici haldır ki, QHT-lərin 99 faizi dövlətçiliyi təbliğ edir”
Tarix: 23.06.2018 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaranmasının 10 illiyi münasibətilə yubiley tədbiri keçirilib. “Trend”in məlumatına görə, tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, xarici qonaqlar, QHT nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, bu Şuranı təsis etməklə Prezident İlham Əliyev siyasi iradə göstərərək dövlət-QHT münasibətlərinin yeni müstəviyə keçməsi üçün şərait yaratdı, QHT-lərə etimad mühitini gücləndirdi. A.Quliyev deyib ki, belə bir qurumun təsis edilməsi ilə Azərbaycanda milli donorluq institutu yaranmış oldu: “Şura yaranana qədər ölkədə milli donorluq institutu yox idi, Azərbaycan həqiqətlərinin, ermənilərin Azərbaycana qarşı təcavüzünün və erməni işğalının, qaçqın və məcburi köçkünlər probleminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində layihələrə heç kim donorluq etmirdi. Xarici təşkilatlar heç bir halda bizə dəstək vermirdilər, deyirdilər ki, “bu sizin daxili işinizdir”. Ancaq Şura yarandıqdan sonra vəziyyət dəyişdi və bu istiqamətdə çoxlu sayda layihələr həyata keçirilməyə başlandı. Şuranın yaranması ilə QHT-ləri ümummilli problemlərin həlli istiqamətində səfərbər etmək mümkün oldu”. Sonra tədbirdə çıxış edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov bildirib ki, 10 il ərzində Şura böyük işlər görüb və fəaliyyəti qənaətbəxş hesab olunmalıdır. PA rəsmisi qeyd edib ki, Prezident İlham Əliyev vətəndaş cəmiyyəti quruculuğunu bizim cəmiyyətimizin inkişafının əsas şərtlərindən biri hesab edir: “Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. 1995-ci ildə qəbul edilən Konstitusiyamızda vətəndaş cəmiyyətinin inkişafı, azadlığı üçün bütün şərtlər öz əksini tapıb. 1995-ci ildən bəri Azərbaycanda bütün seçkilər azad və şəffaf şəkildə keçib, Azərbaycanda azad media formalaşıb. Bu gün Azərbaycanda şəffaf şəkildə vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətini müşahidə edirik. QHT hərəkatının bir neçə özünəməxsus nəticələri var. Vətəndaş təşəbbüsləri bu hərəkat çərçivəsində öz təsbitini taparaq bugünkü normal formaya gəlib çatıb”. Ə.Həsənov deyib ki, son 10 ildə 4500-ə yaxın layihəyə 36 milyon manata yaxın yardım göstərilib, bu layihələrə cəlb olunan insanların sayı isə 15 minə yaxındır: “Ümumilikdə isə QHT sektorunda məşğul olan insanların sayı 30 minə yaxındır. Onlar Azərbaycanın fəal vətəndaşlarıdır, kənardan gələn təhlükəyə sinə gəlməkdə heç də məmurlardan az iradəyə malik deyillər, Azərbaycan dövlətinin, cəmiyyətinin maraqlarını heç də az təbliğ etmirlər. Təəssüf ki, xarici dairələrin təsirinə düşərək Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı istifadə olunan QHT-lərin də şahidi olmuşuq. Ancaq sevindirici haldır ki, QHT-lərin 99 faizi dövləti, dövlətçiliyi təbliğ edir”. Milli Məclis sədrinin müavini Bahar Muradova Şuranın ötən 10 il ərzində uğurla fəaliyyət göstərdiyini, bu gün QHT-lərin Azərbaycan dövlətinin maraqlarını müdafiə etdiyini bildirib. B.Muradova qeyd edib ki, Milli Məcllis Şura ilə əməkdaşlıq barədə memorandum imzalayıb və səmərəli əməkdaşlıq edir. QHT sektoru ilə əlaqədar Şuranın təşəbbüsü ilə Milli Məclisdə irəli sürülən qanun layihələri qəbul olunub və bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.
Daha sonra tədbirdə çıxış edən BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İshaqzai Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının səmərəli fəaliyyət göstərdiyini və BMT-nin bu istiqamətdə Azərbaycanla uğurlu əməkdaşlıq etdiyini bildirib. Tədbir bədii hissə ilə davam edib.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info